
"ZiM.Az"-ın Qarabağ üzrə bölgə müxbiri bildirib ki, İ.Məmmədovu kollektivə Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli nümayəndələri və rayon icra başcısı Vidadi İsayev təqdim edib.
Qeyd edək ki, İlqar Paşa oğlu Məmmədov bundan əvvəl Xəzər Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, daha öncə isə həmin idarədə təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışıb. O, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Bərdə Rayon Polis Şöbəsinin keçmiş rəisi, polis polkovniki Hikmət Quluyev
Şirvan Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.
ZiM.Az
.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.