Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunubŞair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunubŞair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub
2017-ci il sentyabrın 8-də
Xızı rayonunun Qarabulaq kəndində
tanınmış şair, tərcüməçi,
Azərbaycan Yazıçılar Birliyinin (1974) və
Azərbaycan Jurnalistlər Biliyinin üzvü (1990)
Ağasəfanın anadan olmasının 75 illik yubileyi
qeyd olunub.

Tədbiri giriş sözü ilə tanınmış şair, Prezident təqaüdçüsü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru İbrahim İlyaslı açaraq, yubilyarı təbrik edib, onun həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca yubilyarla canlı telefon bağlantısına qoşulub, qələm dostu Ağasəfanı ürəkdən təbrik edib, gənclik xatirələrini onunla bölüşüb, şairə yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Daha sonra tanınmış şairə, “Şöhrət” ordenli, Əməkdar müəllim Ofelya xanım Babayeva,
qədim Gəmişər mahalının el ağsaqqalı Adil Sadıxov, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, "Ziya" qəzetinin, ZiM.Az"Vətənim.info" saytlarının baş redaktoru Müşfiq Borçalı, Vətənim.info MMC-nin təsisçisi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü Günay Novruz, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsində fəaliyyət göstərən “Zərif” qadın ədəbi məclisinin sədri Xatirə Fərəcli, tanınmış jurnalist Elşad Dağlı, tanınmış şairlər Əyyub Qiyas, Arif Ərşad, Şakir Rəhman, Ehtiram İlham və b. çıxış edərək, yubilyarı təbrik ediblər, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda yubilyar özünün yeni şeirlərini oxuyub və bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Sonda xatirə foto-şəkilləri çəkilib.


Xatırladaq ki,
Ağasəfa (Yəhyayev
Ağasəfa Qafur oğlu )

1942-ci il sentyabrın 8-də
Xızı rayonunun Qarabulaq kəndində anadan olub.
Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil alıb (1963-1971). Bakı parovoz deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965) qazmaçı köməkçisi işləyib, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993), "Vahid" müstəqil televiziyasında böyük redaktor (1994) vəzifələrində çalışıb.
Sonralar Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik edib.
Hazırda təqaüddədir və doğma Qarabulaq kəndində yaşayıb-yaradır.

Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlayıb.
O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir.

"Yolçu yolda gərək" (Bakı: Azərnəşr, 1966), "Yaşat məni" (Bakı: Gənclik, 1970), "Ürəyimdir oxuyan" (Bakı: Gənclik, 1976), "Ürəyimə yatanlar" (Bakı: Yazıçı, 1979), "Fikir dünyası" (Bakı: Yazıçı, 1981), "Bağçada birinci gün" (Bakı: Gənclik, 1983), "Günəşin dalınca gedən oğullar" (Bakı: Yazıçı, 1984), "Odla oynayıram" (Bakı: Yazıçı, 1987), "Gombulca və Dumbulca" (Bakı: Gənclik, 1989) və s. kitabların müəllifidir.

Ağasəfa bədii tərcümə ilə də məşğul olur. O, L.N.Tolstoyun mənzum nağıllarını, N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan, Q.Quliyev, M.Qanoat və b. görkəmli sənətkarların əsərlərindən nümunələri böyük ustalıqla tərcümə edib. Mömin Qanoatun "Yaralı kitablar" (Bakı: Yazıçı, 1988) əsəri isə xüsusilə böyük maraqla qarşılanıb.

Ağasəfa həmçinin "Ölkəm" (1980), "Azərbaycan" (1981), "Əsrin yolu" (1984) və s. kitabları da tərtib edib.

Onu da qeyd edək ki, bu günlərdə şair Ağasəfanın anadan olmasının 75 illik yubileyi ərəfəsində "Dözüm" adlı daha bir yeni şeirlər kitabı da nəfis şəkildə işıqüzü görüb və həmin kitab yubiley iştirakçlarına təqdim olunub.

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Biz də fürsətdən istifadə edərək, sevimli şairimiz Ağasəfanı həm anadan olmasının 75 illik yubileyi
və həm də yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: