Хırdalan şəhər icra nümayəndəliyinə yeni rəhbər təyin edilib

Хırdalan şəhər icra nümayəndəliyinə yeni rəhbər təyin edilib TƏBRİK EDİRİK!..

Rafiq Möylə oğlu Yusubov Abşeron Rayon İcra Hakimiyyəti başçısının
03 avqust 2017-ci il tarixli əmri ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.


Yusubov Rafiq Möylə oğlu -
22 iyul 1978-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub.
1984-1995-cü illərdə 1 №-li Sadaxlı kənd orta məkətəbəində oxuyub.
1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının "elektron energetika" fakültəsini bitirib.
2008-2010-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə ixtisasına yiyələnib.

2000-2001-ci illərdə Bərdə rayonununda hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 2001-2003-cu ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) mühəndis-operator olaraq başlamış, 2003-2006-cı illərdə DTXK-da mühəndis, 2006-2015-ci illərdə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində aparıcı məsləhətçi vəzifələrində çalışmışdır.

Ailəlidir, iki övladı var.

2006-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hörmətli Rafiq müəllim!

Bir daha sizi və hazırda rəhbəri olduğunuz kollektivi təyinatınız münasibəti ilə ürəkdən təbrik edir, sizə işlərinizdə uğurlar arzulayır və inanırıq ki, gərgin əməyiniz, prinsipial mövqeyiniz, çevik və cəsarətli addımlarınız sayəsində əldə etdiyiniz nailiyyətlər Xırdalan şəhərinə öz töhfəsini verəcəkdir.

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: