Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunubZərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunubBu günlərdə Neftçala şəhərindəki Mərkəzi Kitabxanada keçirilən “Poeziya dəqiqələri” adlı növbəti tədbir AZƏRTAC-ın müxbiri, tanınmış jurnalist-şairə Zərəngiz Dəmirçi Qayalının anadan olmasının 55 illik yubileyinə həsr olunub.

ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə kitabxanın direktoru Gülnarə xanım Qasımova açıb, yubilyarı və qonaqları salamlayıb.
Sonra kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri, şairə Bədirə Niftəliyeva şairə Zərəngiz Dəmirçi Qayalının həyat və yaradıcılığı haqqında məruzə edib.

Daha sonra söz şagirdlərə verilib. Tədbir boyu məktəblilərin ifasında Z.Qayalının müxtəlif şeirləri səsləndirilib. Şagirdlərdən Miranə Babayeva, Şahnaz Əsgarzadə, Fatimə Kərimova, Cahan Salahova, Nurcan Fərəcova, Elvin Gözəlov, Jalə Bayramova, Həmzə Əzizov, Cavanşir Tarverdiyev və başqaları şairənin şeirlərini oxuyublar.

Tədbirdə "Qafqaz-Media"İctimai Birliyinin sədri, şairə, ictimai xadim Hacı Azadə-Taleh Abbasqızı iştirak edib. O, Zərəngiz Dəmirçi Qayalı yaradıcılığına yüksək dəyər verib, onun Qarabağ mövzusuna həsr etdiyi əsərlərini xüsusi olaraq qeyd edib və tədbirin təşkilatçısı olan Bədirə Həsənqızını "Ustad Qələm Sahibi", cəmiyyətimizin gələcəyi olan məktəbli oxucuları - şagirdləri isə "Qiz Qalası" diplomu ilə təltif edib.

ADİU-nun (UNEC) baş müəllimi, şairə Nailə Yusifova belə tədbirlərin gənc nəslin maariflənməsində çox mühüm rol oynadığını qeyd edib, yeni yazdığı şeirlərini oxuyub.

Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət kollecinin rəsm müəllimi, rəssam Xanım Əhmədova öz əl işi olan "Nar fantaziyası" tablosunu yubilyara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb.

İncəsənət Gimnaziyasının rejissor müəllimi, tanınmış rejissor-bəstəkar Elgün Seyidzadə mkəktəblə ictimaiyyətin qarşılıqlı fəaliyyətinin gələcək nəslin inkişafına böyük töhfə verdiyini söyləyib.

Tədbirdə həmçinin, iştirak edən qonaqlar da öz şeirlərindən nümunələr söyləyiblər.

Tədbirin sonunda Zərəngiz Dəmirçi Qayalı tədbirin iştirakçılarına minnətdarlığını bildirib, kitablarını kitabxananın fonduna hədiyyə edib.

Sonra tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Müşfiq BORÇALI,
ZiM.Az


.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: