DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”
Heydər Əliyev


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və ötən illərdə olduğu kimi, 2010-cu ildə də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun artım sürəti neft sektorunu üstələmişdir.
Belə ki, ötən il ÜDM 5%, qeyri-neft sektoru 7.9%, o cümlədən, qeyri-neft sənayesi 6.6% artmış, əhalinin gəlirlərinin artımı inflyasiya səviyyəsini 2 dəfədən çox üstələmiş, bütün regionlarda məhsul istehsalının artımına nail olunmuşdur.
Ötən iki ildə dünyada baş verən qlobal böhran fonunda, Azərbaycanın davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi, iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu bir daha əyani şəkildə sübut etdi.
Bu nailiyyətlərin əldə olunmasında, görülən işlərin sistemliliyini təmin edən Dövlət Proqramlarının, xüsusilə Regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu vardır. İkinci Proqramın icrasını da şəxsi nəzarətinə götürən Dövlət başçısı ötən il ərzində regionlara 27 səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimində iştirak etmiş, fəaliyyətləri ilə tanış olmuşdur.
Müntəzəm olaraq həyata keçirilən bu səfərlərin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində xüsusi əhəmiyyəti olmaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilərək, həyata keçirilməsini təmin edir. Bu səfərlərdən sonra Ölkə başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır.
Rayonlarda, kəndlərdə yaşayan əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklər davam edir, regionların siması günü-gündən dəyişir, gözəlləşir və müasirləşir.
Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən ötən il 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bu vəsaitlər hesabına yüzlərlə əhəmiyyətli layihələr icra olunmuşdur.
Ötən il "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilmiş, 635 km-dən çox yollar beynəlxalq standartlara uyğun tikilmiş və təmir olunmuş, o cümlədən Ölkə başçısının bilavasitə iştirakı ilə Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil yolunda Şabran dairəvi yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu və digərləri istifadəyə verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq dəniz limanının və Gəmiqayırma zavodunun inşası ölkəmizin tranzit potensialının, ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edəcəkdir.
Regionlar elektrik enerjisi ilə tam təchiz olunmuş, təkcə 2010-cu il ərzində Ordubadda Biləv SES-sı, Qəbələdə, Salyanda və Bakıda yeni yarımstansiyalar və yüksəkgərginlikli xətlər istifadəyə verilmiş, 4 kiçik SES-ın təməli qoyulmuş, 5 elektrik stansiyasının tikintisi davam etdirilmişdir. Görülmüş işlərin nəticəsidir ki, əvvəllər enerji problemləri yaşamış Naxçıvan MR-sı bir neçə ildir ki, elektrik enerjisini ixrac edir.
İl ərzində Dövlət Proqramı çərçivəsində regionlarda 3770 km yeni qaz kəmərləri çəkilmiş, 500 km qaz xətti təmir-bərpa edilmiş, 49 yaşayış məntəqəsi qazla təchiz olunmuşdur.
Əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində su təmizləyici qurğular quraşdırılması 300 min nəfərdən artıq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmış, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir.
Suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yazşılışdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilir.
Rabitə xidmətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlər, regionlarda bu xidmətlərin keyfiyyətini və əhatə dairəsini xeyli artırmışdır.
Ölkə Prezidenti tərəfindən 2010-cu ilin ekologiya ili elan edilməsi ilə əlaqədar, ekoloji vəziyyətin yaxşılaşdırılması və ölkənin bütün ərazisinin, xüsusilə də Abşeron yarımadasının yaşıllaşdırılması, çirklənmiş torpaqların təmizlənməsi sahəsində genişmiqyaslı tədbirlər görülmüş, ümumilikdə 10600 hektardan artıq sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilmişdir.
2010-cu ildə müasir turizm xidməti infrastrukturunun yaradılması istiqamətində də işlər davam etdirilmiş, 32-si regionlarda olmaqla 47 turizm obyektinin, o cümlədən Qusar rayonunda "Şahdağ" qış-yay turizm kompleksinin tikintisi aparılıb.
regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv inkişafı, yeni heyvandarlıq və südçülük komplekslərinin, damazlıq və quşçuluq təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması, toxumçuluğun inkişafı, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi, qeyri-neft məhsullarının ixracının artırılması ilə bağlı ötən ilki konfransda və Nazirlər Kabinetinin iclaslarında verdiyiniz tapşırıqların icrası istiqamətində ardıcıl tədbirlər davam etdirilməkdədir.
Belə ki, hər bir iqtisadi rayonun potensialı təhlil olunmuş, müqayisəli üstün sahələri müəyyənləşdirilmiş, bunun əsasında iqtisadi rayonların pasportları hazırlanmış və dövlət dəstəyi tədbirləri məhz hər bir regionun spesifik xüsusiyyətləri və müasir texnologiyaların tədbiqi nəzərə alınmaqla həyata keçirilir.
Yaradılmış infrastruktur, həmçinin dövlət dəstəyi tədbirləri regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir.
Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materilları zavodları, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə Qızıl zavodu, bölgələrdə heyvandarlıq və süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti materiallarının istehsalı zavodlarının və digər müəssisələrin tikintisi davam etdirilir.
Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumiyyətlə, il ərzində, demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kreditlər verilmişdir.
Müasir texnologiyaların tətbiqi ilə aqrar sektorun inkişafında mühüm rolu olan ildə 20 min ton quş əti, 60 mln ədəd damazlıq, 17 mln ədəd əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksləri güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.
Sahibkarlığa, xüsusilə də kiçik sahibkarlığa dövlət dəstəyi tədbirləri çərçivəsində, il ərzində 1374 kiçik sahibkara 20 milyon manat güzəştli kredit verilmiş, 195-2 telefon məlumat mərkəzi və elektron ticarət portalı yaradılmış, vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi məqsədilə əlavə 10 vergi terminalı tikilmişdir.
Eyni zamanda, Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, sud məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələr həyata keçirilmişdir.
Kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması məqsədilə, bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmişdir. Bundan əlavə, Sənqəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları istismara verilmiş, Gəncədə 60 min tonluq eləvatorun tikintisi davam etdirilir. Bununla da bu sahədə tələbat əsasən təmin edilmişdir.
Fermer təsərrüfatlarında xidmətlərin müasir səviyyədə qurulması məqsədilə il ərzində 4 rayonda yeni aqroservis filialları yaradılmış, 5 rayonda isə belə filiallar təşkil olunmaqdadır.
Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tədbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində, kənd təsərrüfatının digər sahələrində artım davam etmiş və ölkənin bir sıra əsas ərzaq məhsulları üzrə tələbatı yerli istehsal hesabına təmin olunmuşdur.
Bu tədbirlər, dünyada ərzaq təminatında problemlərin olduğu bir dövrdə, ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, idxaldan asılılığın azaldılmasını təmin etməklə yanaşı, ixracın diversifikasiyasında, qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarının artırılması üçün bu məhsulların müasir tərzdə qablaşdırılması, markalanması, ixrac imkanlarının təbliği sahəsində sahibkarların maarifləndirilməsi, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər görülmüş, ötən il ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilmişdir.
İlk dəfə olaraq 1600-dən çox adda rəqabətqabiliyyətli yerli məhsulların kataloqu hazırlanmış, əsas tərəfdaş ölkələrdə ticarət evlərinin yaradılması, azərbaycanlı iş adamlarının birliklərinin təşkili ilə bağlı işlər aparılmaqdadır.
Ötən il Özbəkistanda böyük uğurla keçirilmiş ilk milli sərgidə, habelə ABŞ, Almaniya, Fransa və digər ölkələrdə təşkil olunmuş sərgilərdə Azərbaycan məhsullarına göstərilən böyük maraq, onların yüksək keyfiyyətindən, beynəlxalq standartlara cavab verdiyindən xəbər verir. Təsadüfi deyil ki, 2010-cu ildə 2009-cu illə müqayisədə qeyri-neft məhsullarının ixracı 17,8%, çeşidi isə 5,6% artmışdır.

Sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalara, eləcə də idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə dair imzaladığınız fərmanlar, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsində, biznes mühitinin daha da yaxşılaşdırılmasında və sahibkarlığa əsassız müdaxilələrin qarşısının alınmasında növbəti mühüm addımdır.
 Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, müharibə veteranlarına, az təminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir. Hesabat dövründə Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilmişdir.
Bununla yanaşı, Cənab Prezidentin iştirakı ilə qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilmişdir.
2010-cu ildə 25-i regionlarda olmaqla, 45 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 43-ü regionlarda olmaqla, 70 məktəb binası tikilmiş və əsaslı təmir olunmuş, 4 olimpiya idman kompleksi, 4 idman mərkəzi istifadəyə verilmiş, 9 idman kompleksinin tikintisi davam etdirilir.
Ötən illərdə olduğu kimi, 2010-cu ildə də Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə Dövlət Proqramının icrasına öz töhfəsini vermişdir. Məhz Fondun təşəbbüsü ilə əhalinin daha çox ehiyac duyduğu bir çox obyektlər, o cümlədən 1100 şagird yerlik 3 məktəb, Ağdaş Şəhər Musiqi Məktəbi, Qəbələdə uşaq bağçası, məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi inşa olunmuş, bir çox xeyriyyə tədbirləri həyata keçirilmişdir.
Ötən il baş vermiş daşqınlarla bağlı əhaliyə dəyən ziyan aradan qaldırılmış, evləri dağılan insanların mənzil problemlərinin həlli məqsədilə 1500-dən artıq yeni evlər tikilmiş, 3000-dən artıq ev təmir edilmişdir. Cənab Prezidentin bu işlərin gedişatını gündəlik olaraq diqqət mərkəzində saxlaması və yeni tikilmiş mənzillərin istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak etməsi Dövlət başçısının vətəndaşlara qayğısının bariz nümunəsidir.
Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə yaradılmış, 52 min 700-ü daimi olmaqla, 73 min iş yeri açılmışdır. Ötən il xüsusilə regionların sosial iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində yoxsulluğun səviyyəsi 9%-ə enmişdir.
Təsadüfi deyil ki, 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir.
Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" qanun qəbul edildi. 27 iyul 1999-cu ildə Heydər Əliyev"Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzaladı. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı.
2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam genişliyi ilə təbliğ edən "Welcome to Azerbaijan" adlı xüsusi disk hazırlandı və ÜTT-nin Baş Assambleyasına təqdim olundu. Bununla yanaşı, diskin "Turizm in Azerbaijan" adlı veb səhifəsi yaradıldı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Birinci beynəlxalq sərginin açılışı zamanı ulu öndər Heydər Əliyevin sərgi iştirakçılarına təbrik məktubu oxunarkən necə fərəhləndiyimizi və qürur hissi duyduğumuzu izah etmək çətindir. Deməli, Azərbaycan adlı vətənimiz bütün dünyada turizm məkanı kimi qəbul olunmuş və tanınmağa başlamışdı.
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olundu.
Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.
2003-cü ildə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addımlar oldu. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz min nəfəri ötüb keçdi. 2009-cu ilin aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində (Heydər Əliyev adına İdman Arenası) artıq 8-ci dəfə Beynəlxalq Turizm Sərgisi keçirildi. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir.
"2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" Azərbaycanda yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev 13 dekabr 2016-cı ildə “Şahdağ” Turizm Mərkəzində hesabat xarakterli müşavirədə iştirak etmişdir. Mərkəzdə başa çatdırılan bəzi tikinti işləri, kanat yollarının texniki hazırlığı, birləşmiş istilik-elektrik mərkəzinin fəaliyyəti ilə tanış olduqdan sonra cənab nazirə mərkəzin müdiriyyəti və burada fəaliyyət göstərən hotellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri tərəfindən görülən və icrası planlaşdırılan işlərə dair hesabat məruzə edilmişdir.
Məlumat verilmişdir ki, qonaqların mükəmməl istirahətini təşkil etmək üçün 2016-cı il ərzində həm texniki, həm də xidmət sahəsində çalışan işçilərə 200-dən çox təlim təşkil olunmuşdur. Məhz bunun göstəricisidir ki, dünya üzrə hotellərin reytinqini təşkil edən www.booking.com saytının qiymətləndirilməsinə əsasən “Şahdağ Hotel və Spa” 9.0 bal alaraq, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutmuşdur.
Əbülfəs Qarayev eyni zamanda mərkəzin baş layihəçisi, eləcə də yerli və xarici podratçı təşkilatların rəhbərləri, Fövqaladə Hallar Nazirliyinin nümayəndələri ilə işlərin gedişini ətraflı müzakirə etmiş, müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlar vermişdir.
Görüş zamanı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində bu il qış mövsümü üçün hazırlıq işlərinin başa çatdırıldığı, eləcə də  yeni mövsümdə planlaşdırılan tədbirlər barədə nazirə geniş məlumat verilmişdir.
Bundan əlavə, Qusar rayon bələdiyyə rəhbərləri, icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə görüş də təşkil olunmuşdur ki, burada Nazirlər Kabinetinin 01 avqust 2016-cı il tarixli qərarına əsasən yaradılmış Qusar Turizm və Rekreasiya Zonası haqqında informasiya verilmiş və bildirilmişdir ki, zonanın yaradılmasının əsas məqsədi regionun vahid turizm idarəetməsinə nail olmaqdır. Sözügedən zonanın idarəçiliyi Qusar Turizm və Rekreasiya Zonası Şurasına həvalə olunmuşdur ki, “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov eyni zamanda şuranın sədri təyin edilmişdir. Görüş zamanı məlumat verildi ki, yaradılacaq turizm və rekreasiya zonasına dair məlumatların toplanması və tövsiyələrin təqdim edilməsi, bunların əsasında isə baş planın hazırlanması nəzərdə tutulur. Burada inventarlaşdırma, elektron bazanın yaradılması, tarixi –mədəniyyət abidələrinin turizm obyektləri kimi təqdim olunması, rəqabətqabiliyyətli kadr hazırlığının təşkili, turistik marşrut xəritələrinin hazırlanması, xalq sənəti istehsalının inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və s. bu kimi məsələlər vurğulanmış, bu cür turistik zonaların yaradılmasında beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi qeyd olunmuşdur.
İdman sahəsi bütün dünya ölkələri arasında ən çox diqqət mərkəzində olan bir sahədir. Yaşından, cinsindən, irqindən və dilindən asılı olmayaraq, hər bir şəxs idman oyunlarını izləyən zaman, heç bir şərh olmadan oyunçunun taktikasını, zəif və guclu tərəflərini anlaya bilir və demək olar ki, hər bir şəxs idmanın hər-hansı bir növünə maraq göstərir. Əsrlər boyunca ölkələr arasında əməkdaşlıq körpüsünün yaranmasına səbəb olan sahələrdən biri də idman sahəsidir.
Azərbaycan zəngin idman ənənələrinə malik olan bir dövlətdir və Azərbaycanda idman çox qədim bir tarixə malik olmuşdur. Ölkəmizdə idmana yönləndirilən xüsusi diqqət və maraq sayəsində, 2015-ci ildə ilk Avropa Oyunları məhz Azərbaycanda keçirildi ki, bu zaman müxtəlif ölkələrlə əməkdaşlıq, yazışma, əlaqələr qurulması zamanı tərcümə xidmətlərinə böyük ehtiyac yaranmışdı ki, Atlant Translations MMC də bu ərəfədə yazılı və şifahi tərcümə sahəsi üzrə öz üzərinə bir çox öhdəlikləri götürərək, uğurla həyata keçirə bilmişdir.
İdman sahəsi üzrə Atlant Translations MMC-nin əməkdaşlıq etdiyi müştəriləri arasında BEGOC, Azərbaycan Respublikasının İdman və Turizm Nazirliyi də vardır.
DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ Ölkəmiz gündən-günə inkişaf edir, bu inkişafın getdikcə qanadlanması, bizim hər birimizdən aslıdır. Bu yolda hər birimizə uğurlar diləyirəm.

Ceyhun Ağabəyov
Azərbaycan Yazıçılar Birliyinin üzvü


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: