"Araz" Ziyalılar İctimai Birliyinin üzvləri unikal etnomədəni və folklor irsimizi toplamaq məqsədilə Yardımlıda olublar

"Araz" Ziyalılar İctimai Birliyinin üzvləri unikal etnomədəni və folklor irsimizi toplamaq məqsədilə Yardımlıda olublar "Araz" Ziyalılar İctimai Birliyinin üzvləri unikal etnomədəni və folklor irsimizi toplamaq məqsədilə Yardımlıda olublar "Araz" Ziyalılar İctimai Birliyinin üzvləri unikal etnomədəni və folklor irsimizi toplamaq məqsədilə Yardımlıda olublar "Araz" Ziyalılar İctimai Birliyinin üzvləri unikal etnomədəni və folklor irsimizi toplamaq məqsədilə Yardımlıda olublar “Araz” Ziyalılar İctimai Birliyinin sədri və bir qrup üzvü Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Unikal etnomədəni və folklor irsimizin toplanaraq sistemləşdirilməsi və albom formasında nəşri” adlı layihə çərçivəsində 2018-ci ilin iyun-iyul aylarında Yardımlı, Masallı, Astara, Lənkəran rayonlarında ezamiyyətdə olublar.

“Araz” Ziyalilar İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Nizami Məmmədov ZiM.Az-a bildirib ki, səfərin məqsədi Azərbaycanın bir bölgəsinin (Lənkəran-Astara) unikal etnomədəni və folklor irsinin kompleks şəkildə toplanıb sistemləşdirilməsi, bu irsin şəkilli albom formasında əks olunması və bununla da Azərbaycan xalqının minilliklər boyunca qoruyub saxladığı mədəniyyət nümunələrinin, etnoqrafik, folklor irsinin beynəlxalq ictimayyətə çatdırılmasından ibarətdir.

"Yardımlı rayonunda biz bir neçə ziyalılarla - şair Fikrət müəllimlə, İcra başçısının müavini Zakir müəllimlə, Əfsanə xanımla və Yardımlı rayonunun "Zirvə" qəzetetinin redaktoru Ələskər müəllimlə görüşdük. Eyni zamanda rayonun bir neçə kəndində də yaşlı nəslin nümayəndələri ilə görüşüb zəruri toplama işlərini apardıq. Bu fəaliyyəti ardıcıl olaraq Masallı, Astara, Lənkəran rayonlarında da həyata keçirdik." - deyən Nizami Məmmədov vurğulayıb ki, "təşkilat nümayəndələri bu rayonların müxtəlif kəndlərində yaşlı nəslin nümayəndələri ilə görüşüb zəruri materialları topladı. Bura həmin rayonların etnoqrafiyası, tarixi memarlıq abidələri, istirahət məkanları, folklor nümunələri, mətbəxi və d. sahələr haqda məlumatlar daxildir. Hazırlanan kitab albomda hər bir rayona aid rəngli foto şəkillər və ingilis dilində qısa məlumat da veriləcək. Bu Azərbaycanla bağlı xaricdə daha geniş məlumatın verilməsinə və Azərbaycana daha çox turistin cəlb edilməsinə dəstək verəcək bir fəaliyyətdir."

Onu da qeyd edək ki,
“Araz” Ziyalılar İctimai Birliyi 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihə müsabiqəsində “Multikultural Azərbaycan: multikultural örnəklərin toplanması və təbliği” adlı layihəni qazanmış və həmin layihə çərçivəsində Zaqatala, Balakən, Oğuz, Qəbələ bölgəsinə Azərbaycanda multikultural dəyərlərin təbliği məqsədilə materiallar toplayaraq, bölgə ilə bağlı kitab-albom hazırlamışdır.
Təşkilat növbəti addım kimi Azərbaycanın digər bölgələri ilə bağlı məlumatlandırıcı kitab hazırlamaq niyyətindədir.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: