O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR... Lənkəran şəhərindəki 12 saylı uşaq bağçasında
çalışdığım 29 ilin düz 19 ilini məhz onun
rəhbərliyi altında tərbiyəçi işləmişəm.
Söhbət 50 ildən çox bağça müdiri vəzifəsində
şərəflə çalışmış, unudulmayacaq xatirə qoyan
Mahmudova Sima Əliməmməd qızından gedir.


Sima Mahmudova
1937-ci ildə anadan olub.
5 yaşı olanda, alman qızı olduğu üçün
anası Vera xanım Sibirə sürgün edilib.
Simanı və bacısı Ceyranı ataları Əliməmməd kişi
böyüdüb boya-başa çatdırıb.

Sima Əliməmmədqızı Lənkəran şəhərindəki 2 saylı
orta məktəbi
ni bitirəndən sonra Bakıdakı
Məktəbəqədər Texnikum
unda təhsilini davam etdirib.
Texnikumu başa vurduqdan sonra Lənkəran şəhərindəki
4 saylı uşaq bağçasında əmək fəaliyyətinə başlayıb.
1959-cu ildə Nərimanabad qəsəbəsində körpələr evi-uşaq bağçasına müdir təyin edilib. 1963-cü ilədək burda işləyib.
1963-cü ildə Lənkəran şəhərində 12 saylı uşaq bağçası istifadəyə verilib və Sima Mahmudova həmin bağçaya müdir təyin olunub.
1963-cü ildən 2010-cu ilədək həmin 9 qruplu bağçaya rəhbərlik edib.

Sima Mahmudovanın fəal rəhbərliyi nəticəsində gələcəyimiz olan uşaqların orta məktəb təlimi üçün hazırlanmasında qazandığı uğurlara görə rəhbərlik etdiyi bağça Təhsil Nazirliyinin və Lənkəran Şəhər Xalq Maarifi Şöbəsinin Fəxri fərmanlarına layiq görülüb. Özü isə Azərbaycan müəllimlərinin II Qurultayının və keçmiş SSRİ müəllimlərinin Qurultayının nümayəndəsi olub, Azərbaycan SSR Ali Sovetinin
Fəxri Fərmanı
ilə təlti olunub.

Sima müəllimə həm də gözəl ana idi.
O, Lənkəranda mötəbər bir ailədə gəlin idi.
Həyat yoldaşı Fərman müəllim də uzun illər rəhbər vəzifələrdə işləmişdir.
Tərbiyə etdikləri üç övladları və beş nəvələri də ali təhsilləri ilə yüksək təbəqədə yer tutmuşlar.

O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR... Sima Mahmudova 2011-ci ildə
Lənkəran şəhərində vəfat edib.
Ömrünün 50 ildən çoxunu
uşaqlar arasında keçirən
Sima müəllimə bu gün də
qəlbimizdə yaşayır,
sıralarımızda hiss olunur.
Allah rəhmət eləsin!..


SƏBAHƏT LƏNKƏRANLI,
"Elm və təhsil" qəzetində
Baş redaktorun I müavini


ZiM.AZ
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: