“Folklorçular” İctimai Birliyi yeni layihəyə start verib

“Folklorçular” İctimai Birliyi yeni layihəyə start verib “Folklorçular” İctimai Birliyi yeni layihəyə start verib “Folklorçular” İctimai Birliyi yeni layihəyə start verib Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Folklorçular” İctimai Birliyi
2019-cu ilin avqust ayından etibarən “Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların folklorunun toplanması və təbliği” adlı layihənin icrasına başlayıb.

Avqust-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın
2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər" istiqaməti üzrə qalib olub.


Layihəyə əsasən Azərbaycanın Qəbələ, Oğuz və Lənkəran rayonlarında yaşayan ləzgi, udi, yəhudi, talış və d. xalqların və etnik qrupların unudulmaqda olan bəzi folklor nümunələrinin (nağılların, rəvayətlərin, xalq oyunlarının, mahnıların, adət -ənənələrinin) toplanması və nəşr edilməsi nəzərdə tutulur (məsələn: ləzgilərin, udilərdən, tatlardan, talışlardan və d.). Hazırlanan kitabda ingilis dilində də məlumat veriləcək. Qeyd edək ki, materialların hazırlanması zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşlarının da fikir və rəyləri nəzərə alınacaq.

Artıq təşkilatın nümayəndələri Oğuz və Qəbələ rayonlarında toplama işlərinin aparılmasını yekunlaşdırmışlar.
Toplama zamanı onlar bir çox yeni və maraqlı materiallar da əldə etmişlər.
Kitab üzərində iş noyabr ayında yekunlaşacaq.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: