Şəhid Orxan İsmayılovu andıq

Şəhid Orxan İsmayılovu andıq Bu gün Qusar rayon İcra Hakimiyyətinin Şəhid ailələri və Qazilərlə İş Şöbəsinin rəhbəri Turab Allahverdiyev, Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin hərbi rəhbəri Nurlan Seyidov və kənd kitabxanasının rəhbəri Mehriban Seyidova ilə birlikdə Həsənqala kəndindən olan Şəhid Orxan İsmayılovun ailəsini və məzarını ziyarət etdik.
Valideynləri ilə Orxanın xatirələrindən söz açdıq.
Ruhun mənəvi qidası olan bu kimi görüşlər həm də Vətənpərvərlik ruhumuzu yenilədi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!


Babacan ZƏKİYEV,
Qusar rayonundakı
Sərvər Abdulkərimov adına
Balaqusar kənd tam orta məktəbin
direktoru

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: