ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva“Təcrübəli, çalışqan, zəhmətsevər bir müəllim, həssas, nazik qəlbli, məzmunu insan dərin elimdir”.
A.Şaiq.


Samirə müəllimə ixtisasça neftçi olan Güloğlan Yolçuyevin və əməkdar müəllim ixtisasca kimya biologiya müəllimi olan əməkdar müəllim Şamama Yolçuyevanın ailəsində dünyaya göz açan 3 övladdan biridir.
Samirə Yolçuyeva ürəyinin hökmü ilə şərəfli müəllim peşəsini seçmiş və qəlbən bu peşəyə bağlanmışdır.
Müəllimlik doğrudan da şərəfli və məsuliyyət tələb edən bir peşədir.
Samirə müəllimə bu peşəni seçməsi ilə fəxr edir üzərinə düşən vəzifələri layiqincə icra etməyə çalışır.
Buna nə dərəcədə nail olursa bunu məktəbin rəhbərliyi, müəllim yoldaşları və valideyinlər daha yaxşı bilir.


Ömür yolundan sətirlər:
Samirə Yolçuyeva 1982-ci il fevral ayının 18-də indiki Şirvan şəhərində anadan olub. 1999-cu ildə indiki Şirvan şəhər A.Hüseynzadə adına 4 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Həmin ildə də Sumqayıt Dövlət Universitetinin kimya-biologiya fakültəsinə qəbul olub. 2003-ci ildə həmin fakültədə bakalavr dərəcsi üzrə təhsilini başa vurmuş və həmin universiteti kimya fakültəsinin magistr pilləsinə daxil olmuş və təhsilini fərqlənmə ilə başa vurmuşdur. 2011-ci ildə isə Sumqayıt Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olub 2015-ci ildə universiteti qiyabi yolla bitirmişdir. Samirə müəllimə 2003-cü ildən Ekologiya Təlim-Tərbiyə Mərkəzində çalışıb. 2014-cü ildən isə məzunu olduğu məktəbdə işləyib. Daha sonra Şirvan şəhər 2 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. S.Yolçuyeva 2014-cü il sentyabr ayının 1-də Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini işləyir. Samirə müəllimə direktor müavini işlədiyi dövrdə məktəbin şagirdləri müxtəlif tədbirlərdə fəal iştirak etmiş və uğur qazanmışlar. Samirə müəllimənin rəhbərlik etdiyi sahə üzrə əldə edilən bəzi naliyyətlərə müraciət edir. 2015-2016-cı dərs ilində məktəbin 11-b sinif şagirdi Məhsəti Həsənova tarix fənni üzrə olimpiadanın respublika turunda həvəsləndirici mükafata layiq görülmüşdür. Həmin dərs ilində məktəbin 4 nəfərdən ibarət şahmat komandası Ucar rayonunda keçirilən zona yarışında 3-cü yerə çıxmışdır. 2016-2017ci dərs ilində Respublika Tədris Metodik Mərkəzin təşkil etdiyi 4-cü İslam Həmrəylik Oyunlarının təbliğinə həsr olunmuş, Respublika təviri sənət müsabiqəsinin 6-9 yaş kateqoriyasında məktəbin 3cü sinif şagirdi Fatimə Mədətovanın çəkdiyi rəsm 2 ci yerə layiq görülmüşdür.
Şəhər məktəbləri üzrə keçirilən 21 sentyabr beynəlxalq “Sülh gününə” həsr olunmuş rəsm müsabiqəsində məktəbin şagirdi Turqay Fəttahlı 2ci yeri tutmuşdur.
Şirvan şəhər Mədəniyyət Mərkəzinin keçirdiyi “Vətən bizə oğul deyir” adlı poeziya müsabiqəsində məktəbin 9-cu sinif şagirdi Cavid İsmayılov 1ci, 7-ci sinif şagirdi İltifat Mirzəyev isə 2-ci yerin sahibi olmuşdur. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar keçirilmiş, “Azərbaycanı tanı” adlı bilik yarışmasında məktəbin komandası 3-cü yeri tutmuşdur. Respublika Daxili İşlər Nazirliyinin 100 illiyi münasibəti ilə keçirilən “Polis Uşaqların gözü ilə” adlı inşa və rəsm müsabiqəsində məktəb şagirdlərinin işləri bəyənilmiş və 10-cü sinif şagirdi Natavan Umudovanın inşası 2-ci yerə layiq görülmüşdür.

“Ana dilimizi sevək, sevdirək” adlı şeir müsabiqəsində məktəbin şagirdlərindən İltifat Mirzəyev 1-ci, Nuran Cabbarov 2-ci, Ülkər Abbasova isə 3-cü yerin sahibi olmuşdur. Samirə müəllimə 10 dəfə müxtəlif kurslarda olmuş sertifkatlar və fəxri fərmanlar almışdır. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli 930 nömrəli sərəncamı ilə Samirə müəllimənin çalışdığı Şirvan şəhər 21 nömrəli tam orta məktəb 2013-2014 cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Təlim tərbiyə sahəsində əldə olunan naliyyətlərin qazanılmasında məktəbin direktoru “Əməkdar müəllim” Səadət Quliyeva başda olmaqla pedaqoji kollektivin hər bir üzvünün, o cümlədən Samirə müəllimənin əməyi qeyd edilməlidir.
Yeni Azərbaycan Partiyasının üzvü olan Samirə Yolçuyeva ictimai işlərdə də fəal iştirak edir.
O, həm də mehriban, qayğıkeş anadır. 2 övladı var.

Alik Rzayev
Xəyalə Səfərova


ZiM.AZ


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: