Çiçək Həsənova (GƏDƏBƏYLİ): Ocaq istəyirəm, köz istəyirəm...

Çiçək Həsənova (GƏDƏBƏYLİ): Ocaq istəyirəm, köz istəyirəm...Ocaq istəyirəm, köz istəyirəm,
Könlümü oxşayan söz istəyirəm.
Bu yalan dünyanı düz istəyirəm,
Keçən günlərimi geriyə gətir.
Sən mənim istəymi yerinə yetir!

Üzümü söykəyim, qoy üzün üstə.
Canımı verim, ölüm dizin üstə.
Gündə yüz dəfə məndən izin istə.
Ayrılma yanımnan, tək bircə metir.
Sən mənim istəymi yerinə yetir!

* * *

Nədənsə üzümə səndə gülmədin,
a qəmli talehim, qəmli talehim.
Axan göz yaşımı niyə silmədin,
a qəmli talehim, qəmli talehim.

Çox harayladım, heç gəlmədin dada,
sızlayan qəlbimi salmadın yada.
Tor qurdun mənə, neçə daş qayada
A qəmli talehim, qəmli talehim.

* * *

Bir dəli sevdanın izinə düşdüm.
Gah ayaga, gah başa çəkdi məni.
Onun qədər heç kəsi sevməmişdim,
Vurdu çınqıla, daşa çəkdi məni.

* * *

Pərişandı halım, ləbləri balım,
Gəl qısqanma məni, gül əllərinə.
Mövlam çəkibdi naxşını zalım,
Camalınla bərabər, bil əllərinə.

Hüsnün şölə saçır bütün cahana,
Nurdanmı xəlq edib, Sən dogan ana?
Həm üzük yaraşır, həmdə ki həna,
Sanki bələnibdir Ləl əllərinə!

İtirmişəm özümü bilməm nədən,
Alıbdı aglımı o billur bədən.
Ayrılıb məndən, ay nazlanıb gedən.
Çiçəyi həsrət qoyma, gəl əllərinə.

* * *

Çiçək Həsənova (GƏDƏBƏYLİ): Ocaq istəyirəm, köz istəyirəm... Daglar qızı Aşıq ULDUZ,
Gəl sazın çal Gədəbəydə.
Şəhərin istisi yorubsa,
Dincini al Gədəbəydə.

Çıxaq Şahdaga, baxaq kəndə.
Çalış azmayaq duman, çəndə.
Payız durna qərib ötəndə.
Bir Kərəmi çal Gədəbəydə.

Mən Çiçəyəm sər-səri.
Başımda eşqin əsəri.
Varaxla ötən günləri.
Bir bir yada sal Gədəbəydə.
Əbədi qal Gədəbəydə.


* * *

BƏNÖVŞƏ

Bəxtinnən nigaran bir cavan tək,
Gəl bükmə boynunu, yana bənövşə.
Baxanda görkəminə hiss edir ürək.
Aglayırsan bu devrana bənövşə.

De, bəlkə taleyin tərsinə dönüb.
Bəxtinin şəmi əlindəmi sönüb-?.
Bu qədər dərdi Sən qəlbinə gömüb.
Bənzətmə özünü insana bənövşə.

Yüz min bahar görəsən, görüm səni.
Dəstə toplsyım, çələng hörüm səni.
İcazə ver, əlimlə verim səni.
Bir əhli dil, söz qanana bənövşə..

* * *

Çiçək Həsənova (GƏDƏBƏYLİ): Ocaq istəyirəm, köz istəyirəm... ------ Gərayli ------

Şairlik də bir Oyundur,
Söz ilə söz oynadırsan.
Sözü çevirirsən yana,
Hecanı düz oynadırsan!!!

Sözü yazanda elə yaz,
Siyah Zülfə yaz, telə yaz.
Elədən götür, belə yaz,
Qaş çatıb, göz oynadırsan!!!

Düz cala, sözü baş- başa,
Salma özünü sal- daşa,
Sözü döndərib ataşa,
Qəlbində köz oynadırsan!!!

Sözün yeri ucalarda,
Demə sözü gəlsə harda.
ÇİÇƏK, Səndə bu bazarda,
Arşınla, bez oynadırsan!!!

* * *

Mənim Elimin YAYI da gözəldir,
Buz- bulaqları, çayıda gözəldir,
Dörd Fəsil var, hər ayıda gözəldir,
Gözəllik Aynası GƏDƏBƏYDƏDİR!!!
.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: