Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı Novruz Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir. Milli adət-ənənələrimizi özündə yaşadan bu bayramın tarixi çox qədimdir və müxtəlif dövrlərdə təzyiqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatıb. Bu faktlar göstərir ki, Novruz heç də kor-koranə inanclara deyil, elmi əsaslara söykənir. Yeni ilin məhz martın 21-də başlanması tam elmi təsdiqini tapmışdır. Novruz bayramı xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlıdır.
Azərbaycan Prezidenti cənab  İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını  təbrik edir bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi ismarıcları var: “Qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudar, küsülülər barışar, ziddiyyətlər aradan götürülər. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.

  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Novruz Bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”;

Milli-mənəvi dəyərlərimizdən olan Novruz ənənələrinə xüsusi önəm verən Ulu Öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” ifadəsini, Azərbaycan xalqının arzularını Müzəffər Ali Baş Komandan İlham Əliyev reallaşdırdı. Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Bunun üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Həmçinin ona görə ki, zəngin tariximizi və rəngarəng folklorumuzu özündə ehtiva edən, yeni günün, yeni həyatın oyanışını təcəssüm etdirən Novruz bayramı ölkəmizdə geniş şəkildə qeyd olunur.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü daxili və xarici siyasət hesabına əldə edilmiş sosial-iqtisadi, mədəni nailiyyətlər xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandırır.

Yeganə Sadıxova,
Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbi

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: