Biləsuvar rayonunun tarixinə həsr olunmuş mərasimdə “Biləsuvar-85″ adlı ”Xatirə kitabı”nın təqdimatı keçirilib. Düz 432 sehifədən ibarət, 3 kiloqrama yaxın ağırlıqda olan bu kitab kustar üsulla çap olunub. Kortəbii qaydada, yəni nəşriyyat göstəricisi və xüsusi nişanı olmadan (qrifsiz) naməlum mətbəədə çap olunan bu kitabın nə müəllifi, nə də sayı (tirajı) göstərilib. -Bu barədə xəbəri İnterpress.az yayıb.
Biləsuvarda heç kimin tanımadığı Səməd Hüseynoğlu adlı redaktorun çapa hazırladığı bu külliyyatın ideya müəllifi Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, məsləhətçisi isə başçının humanitar məsələlər üzrə müavini Xəyala Qəmbərovadır.
Kitab 165 manata satılır.
Bu kitabda istifadə olunmuş faktlar Biləsuvarın tarixini yazan müəllifdən gizlin, yəni plagiatlıq edilərək çap olunub. 45 ildən çox bu ərazinin tarixini araşdıran və bu qədim diyarın tarxinə aid 3 kitabın müəllifi olan araşdırmaçı jurnalist Sabir Nəsiroğlunun yazılarından istifadə edilib. Hələ bu azmış kimi, üstəlik, müəllifin adı da bu kitabda çəkilməyib.
Bəs, cənab Mahir Quliyev və onun xanım müavini Xəyalə Qəmbərova bilmirdi ki, bu işin üstü açıla bilər?!
Nə vaxtdan siz bu qədim diyarın tarixi ilə maraqlanan olmusunuz? Deyin görək, xatirə kitabı da pul ilə satılar?
İndi isə sözüm Biləsuvarın təmiz, vicdanlı və qeyrətli vətəndaşlarınadır:
Əziz biləsuvarlılar, bu işləri necə qiymətləndirirsiniz? Bu rayonun tarixinə həsr edilmiş 3 kiloqram ağırlığında olan kitabı 165 manata alarsınızmı? Bu kitab rayonun salnaməsidir, yoxsa icra başçısının reklam kitabı? Sonuncu sualım isə belədir: Bu kitabın satışından əldə olunan qazanc kimin cibinə gedir?
Araşdırmaçı müəllif hüquqlarının pozulduğuna görə məhkəməyə müraciət edəcəyini bildirib. ("Azadlıq" qəzeti)
Mirzə Qələndər.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.