Məmməd ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

Məmməd  ABDULLAYEV (1970-2017): RÜBAİLƏR... Məmməd Abbas oğlu Abdullayev - 1970-ci ildə
- Ulu Borçalımızın qədim Baş­ke­çid elində -
indiki Gürcüstanın Dmanisi rayonundakı
Qızılkilsə kəndində dünyaya göz açıb.

1987-ci ildə orta mək­təbi, 1992-ci ildə Azərbaycan
Dövlət İnşaat Mühəndisləri Uni­ver­siteti
ni bitirib.
Uzun müddət “Azərsu” Açıq Səhmdar Cəmiy­yə­­tin­də aparıcı mühəndis işləyib.

Ədəbiyyata marağı, saza-sözə sev­gisi
hələ kiçik yaşlarından ona, bu dünyadan
nakam getmiş atası saz-söz vurğunu
Abbas Abdul­la­yev
dən və anası
tanınmış çairə Səadət Buta
dan keçib.

Şeirləri müxtəlif mətbuat orqanlarında,
o cümlədən, "Borçalı", "Şərqin səsi",
"Ziya", "Elm və Təhsil" qəzetlərində,
"ZiM.Az", "Zirve.info" saytlarında,
"Sazlı-Sözlü Başkeçid" (2015) və
"Zirvə" (2018) poeziya antologiyalarında
dərc olunub.

2017-ci il aprelin 14-də vəfat edib.

Vəfatının birinci ildönümü ədəfəsində ZiM.Az-ın Baş redaktoru Müşfiq Borçalı mərhum Məməd Abdullayevin
müxtəlif illərdə qələmə aldığı şeirləri, eləcə də onun anası Səadət Butanın, dayısı İladi Öməroğlunun,
xalası Səringül Sadənin və qələm dostlarının Məmmədin əziz xatirəsinə həsr etdikləri şeirləri toplayıb,
nəfis şəkildə "Məmməd həsrəti" adlı kitab tərtib edərək oxucuların ixtiyarına verib.

Biz də bir daha Allahdan Məmməd Abdullayevə rəhmət diləyir və aşağıda onun bir neçə rübaisini
dəyərli oxu­cu­larımıza ərmağan edirik
.



RÜBAİLƏR

Mən tənha deyiləm, inanın buna,
Mənim anam - həm atadır, həm ana.
Abbasın oğluyam - mən övladıyam,
İlhamın atəşi düşübdür cana.

Böyüyündən uca tutan sözünü,
Əvvəl deyən axırıncı sözünü,
Çox aşağı, qanacaqsız insandi,
Pis işlərdən çəkməz bir an gözünü.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: