Əlixan DÜŞGÜN (1941-1998): RÜBAİLƏR...

Əlixan DÜŞGÜN (1941-1998): RÜBAİLƏR...Ətir-ətir bu yan çiçək, o yan gül,
Nəyə lazım bəbəyimi oyan gül.
Dünyamızın dərdi-səri az deyil,
Bu qəflətdən bir anlığa, oyan gül.

Qarşımızda yüz gərdik var, yüz yal var,
Yüz şərbət var, yüz zəhər var, yüz yal var.
İgid deyil, basdığını kəsəcək,
Müxənnətdi, müxənnətə yüz yalvar.

Bir kotana qayış oldun, çək indi,
İstəyindən kim döndü, kim çəkindi?!
Cavanlığın qədirini bilmədin,
Günahındı azarını çək indi!

Dağlar istər dağ başına çən gələ,
Dərd azalmaz ha yağışdır, çəngələ.
Dəryalarda itkin düşən eşqimi,
Necə salım ya tora, ya çəngələ?!

ZiM.AZ



Əlixan DÜŞGÜN (1941-1998): RÜBAİLƏR...
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: