HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ Bu günkü növbəti onlayın müsahibimiz
həkim-şairə Solmaz xanım Qəribeldir.

Solmaz Qəribel (Solmaz Həsənova) 25 yanvar 1973-cü ildə
Ağdərə rayonunun Kərəmli kəndində anadan olmuşdur.
1997-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirmişdir.
Uzun müddətdir ki, Rusiyanın Həştərxan vilayətində yaşayır və orada 1 saylı Uşaq Poliklinikasında həkim-pediatr-nevroloq işləyir.
"Məni məndən alan dünya", "Qərib küləklər" adlı 2 kitab müəllifidir.
Şeirləri "Həkimlərin söz dünyası" və "Zirvə" poeziya antologiyalarında və dövrü mətbuatda dərc olunmuşdur.


- Solmaz xanım, pandemiya və karantin günlərində gününüzü necə keçirirsiz?
- Demək olar ki, pandemiya mənim işimi bir az da artırıb. Mən hər gün işə gedirəm. Bununla bağlı evdə uşaqlar darıxır. Məcburam onlarla da dil tapım.

- COVİD-19 virusu və mənəviyyatdakı virus. Hansı daha təhlükəli hesab edirsiz?
- Bilirsiz, hər zaman viruslar olub və olacaq. Bu da keçəcək. Mənə elə gəlir ki, mənəviyyatdakı virus daha qorxuludur. Virus bir millətin sonuna çıxa bilməz, amma mənəviyyatsızlıq məhv edər.

- Həkim olmaqla yanaşı, həm də şairəsiz. İndiki dövrdə ağır həkim həyatı sizin yaradıcılıqla məşğul olmağınıza maneçilik törətmir?
-Bilirsiz, mən heç zaman özümə şair deməmişəm. Sadəcə bəzən şeirlərim vasitəsilə özümlə danışıram.Bu mənim işimə elə bir zərər gətirmir.

- Yaradıcılığınız daha çox sevgi notları üzərində qurulub. İstərdim bir daha bundan danışaq.
- Mən deməzdim ki, sevgi notları üzərində qurulub. Bəlkə də, vəfasız sevgi üzərində qurulub desək, daha düzgün olardı. Bilmirəm, bəlkə də, mənim bu həyatda istədiyim sevgi qarşıma çıxmayıb, o üzdən.

- Hər qələm adamının özünə müəllim saydığı bir ədib olur. Sizdə kimdir?
- Çox təəssüf ki, mənim bu sahədə müəllimim olmayıb. Amma bir çox sevdiyim qələm əhli var.

- Pandemiyadan sonra yaradıcılıqla bağlı planlarınız?
- Pandemiyadan, inşallah, sağ-salamat çıxaq. Dünyamız salamat olsun. İlk öncə kitabımın təqdimatını edəcəm.

-Solmaz xanım, bir daha təklimizi qəbul edib, Zim.Az saytına onlayn müsahibə verdiyiniz üçün təşəkkür edir və sizə yeni-yeni uğurlar arzulayırıq!..

Yunis Qaraxanov,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: