TƏBRİK EDİRİK, NADİR ALMAZOĞLU!..

TƏBRİK EDİRİK, NADİR ALMAZOĞLU!.. TƏBRİK EDİRİK, NADİR ALMAZOĞLU!.. TƏBRİK EDİRİK, NADİR ALMAZOĞLU!.. TƏBRİK EDİRİK, NADİR ALMAZOĞLU!.. TƏBRİK EDİRİK, NADİR ALMAZOĞLU!.. TƏBRİK EDİRİK, NADİR ALMAZOĞLU!.. TƏBRİK EDİRİK, NADİR ALMAZOĞLU!.. Bu günlərdə Rustavi şəhərində “Azad Azərbaycan” (ATV) televiziyasının Gürcüstan bürosu üzrə xüsusi müxbiri, tanınmış jurnalist Nadir Almazoğlunun 50 illik yubileyi, eləcə də onun təzəcə işıq üzü görən “Jurnalist ömrü” adlı ilk kitabının geniş səviyyədə təqdimat tədbiri keçirilib.

Yubiley tədbirində Kvemo-Kartli (Borçalı) bölgəsinin qubernatoru Paata Xizanişvili , onun müavinləri Kaxaber Quqeşaşvili və Nuqzar Salia, Gürcüstan Parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov Marneuli Bələdiyyəsinin sədri Nəbi Abdullayev, Dmanisi rayon icra başçısının müavini Arif Süleymanov, Qardabani bələdiyyəsinin sədr müavini Rəfi Orucov, Qardabani rayon icra başçısının müavini Dünyamalı Hacıyev, ATV kanalının əməkdaşları, Tiflisdəki Qara Dəniz universitetinin müəllimi, alim Aygül İsayeva, Suxumi Dövlət Universitetinin prorektoru İndira Dzaqania, professorları Zurab Papaskeri, Omar Ardaşelia, eləcə də Tbilisi Dövlət Humanitar unversitetinin əməkdaşı Valera Muxuqulaşvili, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, folklorşünas Elxan Məmmədli, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, QHT rəhbərləri, şairlər, aşıqlar, ziyalılar, incəsənət xadimləri, müğənnilər, “Sarvan” və “Ceyran” rəqs qrupları, jurnalistin həmkarları və eləcə də Azərbaycandan gəlmiş bir çox qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Marneulidəki Ukrayna Beynəlxalq Universitetinin prorektoru Mahmud Kamaloğlu açıb. O, çıxışında jurnalist Nadir Almazoğlunun peşkar bir jurnalist olduğundan və Nadirin operativliyi, dəqiqliyi və qərəzsizliyi ilə çəkdiyi sujetlərdən onun insani dəyərlərindən və həyat yolundan tədbir iştirakçılarına geniş məlumat verib.
Sonra Nadir Almazoğlunun 50 illik ömür yoluna həsr edilmiş “Jurnalist ömrü” adlı sənədli film nümayiş etdirilib.
Onu da qeyd edək ki, filmin nümayişindən sonra Gürcüstan Prezidentinin məsləhətçisi xanım Sofiya Şamanidinin Nadir Almazoğluna ünvanladığı təbrik məktubu oxunub.

Yubiley tədbirində çıxış edənlər Nadir Almazoğlunun peşəkar, obyektiv, operativ və milli jurnalist olduğundan danışıblar.
Onu da qeyd edək ki, tədbiridə çıxış edənlər N.Almazoğlunun Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluq münasibətlərinin dahada genişləndirilməsində və möhkəmləndirilməsində çəkdiyi sujetlərlə bu dostluq münasibətlərinə böyük və dəyərli töhvə verdiyindən söhbət açıblar.
Onun Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı onların sosial, infrastruktura, torpaq, təhsil sahəsindən bəhs edən problemlərlə bağlı hazırladığı reportajlardan, eləcə də soydaşlarımıza aid mədəni və tarixi abidələr barəsində çəkdiyi süjetlərdən, onun çəkilişindən sonra bu problemli məsələlərin müsbət həllinə nail olunması ilə əlaqədar geniş fikirlərini söyləyiblər.
Yubiley tədbirində iştirak edən Azərbaycan və Gürcüstan içtiamayyətinin tanınmış nümayəndələri isə Nadirin çəkinmədən sadə xalqın problemlərini yüksək rütbəli məmurlar qarşısında qaldırdığını qeyd ediblər. Tədbir iştirakçıları peşəkar və təcrübəli jurnalisti təbrik edərək, ona bu məsuliyyətli və şərəfli peşəsində uğurlar diləyərək, ona yeni-yeni nailiyyətlər arzulayıblar.
Onu da qeyd edək ki, tədbirdə jurnalist Nadir Almazoğluna bir çox diplomlar, təşəkkürnamələr, fəxri fərmanlar və qiymətli hədiyyələr də təqdim edilib.
Yubiley tədbirinin ikinci hissəsi ziyafət süfərsi arxasında dəvam etdirilib.

REDAKSİYADAN:
Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın bütün yaradıcı heyəti adından hörmətli həmkarımız
Nadir Almazoğlunu anadan olmasının 50 illik Yubileyi və eləcə də “Jurnalist ömrü” adlı ilk kitabının
işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: