Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən
"Salam" Mədəni Xeyriyyə Cəmiyyəti öz ənənəsinə sadiq qalaraq bu günlərdə - yeni dərs ilinin başlanması münasibətilə bir sıra xeyriyyə tədbirlərinə imza atıb. Belə ki, Maya xanım Rəcəblinin rəhbərlik etdiyi "Salam" Mədəni Cəmiyyətinin üzvləri qardaş
Türkiyənin Ataşehir Kızılay başkanlığıyla birgə gördükləri xeyriyyə proqramları çərçivəsində Gürcüstanın Tiflis, Rustavi, Qori Çiaturi və başqa şəhərlərində kimsəsiz və əngəlli uşaqlarla görüşərək onları öz hədiyyələriylə sevindirə biliblər. Eləcə də, "Salam" Xeyriyyə Cəmiyyətinin üzvləri sosial yardıma ehtiyacı olan ailələrlə də görüşüblər, onlara da maddi yardım göstəriblər.
"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya xanım Rəcəbli ZiM.Az-ın əməkdaşına bildirib ki, həyata keçirdikləri bu xeyriyyə tədbirlərini qardaş Türkiyənin Ataşehir Kızılay başkanlının maliyyə dəstəyi ilə reallaşdırıblar. Bunun üçün Maya xanım mətbuat vasitəsilə "Salam" Mədəni Xeyriyyə Cəmiyyəti adından qardaş Türkiyədən gələn
Kızılay nümayəndəsi Orxan Çerkeze, eləcə də
Zekerle
Kutlucana minnətdarlığını və dərin təşəkkürünü çatdırmağımızı xahiş edib.
ZiM.Az.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.