ZiM.Az-ın Gürcüstan Bürosunun rəhbəri Nizami Məmmədzadə xəbər verir ki, təqdimat mərasimində çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Kvemo Kartlidə və Rustavidə yaşayan əhalini salamlayıb və bölgəyə yatırılan investisiyalardan və həyata keçirilən layihələrdən söhbət açıb. Baş nazir Gürcüstanın gürcü və azərbaycanlı və digər etnik vətəndaşları ilə birlikdə Kvemo Kartli bölgəsində gözəl, zəngin bölgə tiktiklərini bildirib. Onun sözlərinə görə, Kvemo Kartli bölgəsi böyük potensiyala malik bölgədir: “Mən hamıya birliyimizi dəstəklədikləri üçün təşəkkür edirəm. Bu, ölkəmizin sabahının daha da möhkəmlənməsi üçün vacibdir. “Gürcü Arzusu” yarandığı gündən bəri hökumətin dəstəyi ilə hər bir sahədə iqtisadiyyatın inkişaf etdirilməsi məqsədi ilə əhəmiyyətli layihələr həyata keçirir. Biz hər bir insana qayğı göstəririk, bu, bizim üçün çox vacibdir. Biz kənd təsərrüfütının inkişafı üçün vacib addımlar atmışıq. Bu, gələcəkdə hər bir ailənin rivah halının yaxşılaşmasına tədricən təsir göstərəcək,” G. Kvirikaşvili bildirib.
Baş nazir çıxışında Kvemo Kartli bölgəsində indiyədək 200-dən çox layihənin maliyyələşdirildiyini qeyd edib. Onun sözlərinə görə, həyata keçirilən bu dövlət proqramı 200-dən çox ailə deməkdir. Bizim apardığımız təqdirəlayiq siyasətin nəticəsidir ki, bğlgəyə sərmayələr yatırılır, şirkətlər yüksək keyfiyyətli məhsullar istehsal edir və rəqabət güclənir. Məsələn, dünya şöhrətli alman şirkəti "Henkel" ölkəmizə tikinti materiallarının istehsalı üçün 5 milyon avro sərmayə yatırıb. Kvemo Kartlidə indiyədək 6,5 milyon dollar dəyərində müasir Avropa texnologiyasına uyğun müəssisələr yaradılıb. Yeni alma bağları salmaq üçün 200 min avro sərmayə ayrılıb. Bölgədə Avropa şirkətləri istixana təsərrüfütları üçün 21 mln. dollar ayırıblar. Belə layihələrimiz çoxdur. SOCAR Marneulidə 7 mln. dollar dəyərində soyuducu tikib. Burada yerli müəssisələr və fermerlər özlərinin meyvə və tərəvəz məhsullarını ilin hər bir fəslində saxlaya bilər,” baş nazir vurğulayıb.
Nazir çıxışında Rustavi-Qırmızı Körpü əsas yolun modernləşdirildiyini qeyd edib: “Bizim məqsədimiz Şərq-Qərb magistral yol infrastrukturunu tikmək və tranzit yükdaşımalarını çoxaltmaqdır,” G. Kvirikaşvili bildirib.
Sonda baş nazir “Gürcü Arzusu” partiyası tərəfindən Kvemo Kartli bölgəsi üzrə şəhər meri və icra başçısı vəzifələrinə namizədləri seçicilərə təqdim edib.
G.Kvirikaşvili Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani rayon icra hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsinə Temur Abbasov, Bolnisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Zalqa şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetri-Tskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin namizədliyini irəli sürüb.
Təqdimat mərasimində namizədlər alqışlarla qarşılanıb.
Baş nazir təqdimat mərasiminə gələn Rustavi, Qardabani, Marneuli, Bolnisi, Dmətrafanisi, Zalqa və Tetri-Tskaro rayonlarından gələn sakinlərlə görüşüb və onları seçkilər zamanı fəal olmağa çağırıb.
Xatırladaq ki, Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.
Nizami Məmmədzadə,
jurnalist
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.