KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞKVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ Bu gün - 2018-ci il fevralın
9-da Türk Dünyasının
böyük şairi, Azərbaycanın
Xalq şairi Zəlimxan Yaqubun
əziz xatirəsinə həsr olunan
“Zəlimxan özü var xatirələrdə’’
adlı ədəbi-bədii gecəni hazırlayan təşkilat komitəsinin üzvləri,
o cümlədən, Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Gürcüstan Parlamentinin keçmiş deputatları Hidayat Hüseynov, Ramiz Bəkirov, Rustavi Mədəniyyət Mərkəzinin rəhbəri
Xaladdin Yolcuyev, ustad Aşıq Kamandarın oğlu Əflatun Əfəndiyev və Zəlimxan Yaqubun qardaşı Çingiz Yaqubov Kvemo-Kartli bölgə qubernatoru Qiriqol Nemsadze ilə görüşüblər.


Kvemo-Kartli bölgə qubernatoru Qiriqol Nemsadze tədbirin hazırlanmasını bəyəndiyini bildirib və əlavə edib ki, Gürcüstanda yaşayan Azərbaycanlarla bağlı tədbirlərin tez-tez və davamlı olaraq, həm də bütün sahələri əhatə etməsi təqdirəlayiqdir. O, bu cür tədbirlərə həmişə qatılmağa hazır olduğunu bəyan edib.

Görüş iştirakçılarının hər biri müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini bildiriblər.

Görüşdə qubernator müavinləri Zaur DarğalıAlexsandr Metreveli də iştirak ediblər.

Görüş səmimi və qarşılıqlı anlaşma şəklində keçib.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: