AZƏRBAYCAN ALPAQUT FEDERASİYASI QANVERMƏ AKSİYASI KEÇİRİB

AZƏRBAYCAN ALPAQUT FEDERASİYASI QANVERMƏ AKSİYASI KEÇİRİBAZƏRBAYCAN ALPAQUT FEDERASİYASI QANVERMƏ AKSİYASI KEÇİRİB AZƏRBAYCAN ALPAQUT FEDERASİYASI QANVERMƏ AKSİYASI KEÇİRİB AZƏRBAYCAN ALPAQUT FEDERASİYASI QANVERMƏ AKSİYASI KEÇİRİB AZƏRBAYCAN ALPAQUT FEDERASİYASI QANVERMƏ AKSİYASI KEÇİRİB AZƏRBAYCAN ALPAQUT FEDERASİYASI QANVERMƏ AKSİYASI KEÇİRİB Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi, məşqçi və idmançı heyəti talassemiya və hemofiliyadan əziyyət çəkən insanlar üçün yardım məqsədi ilə
Mərkəzi Qanvermə Bankında
qanvermə aksiyası keçirib.


Aksiyada federasiyanın prezidenti Aqil Acalov, birinci vitse-prezident Qüdrət Nuriyev, vitse-prezident Nuranə Şıxəliyeva, "Aypara" sistemi üzrə koordinatoru Elşən Məmmədov30 nəfərə yaxın idmançı iştirak edib.

AAF-ın prezidenti Aqil Acalov bildirib ki, bu kimi aksiyalar birinci dəfədir keçirilmir və demək olar ki, ənənə şəklini alıb. "Federasiya hər il bənzər sosial layihələri təşəbbüskar olaraq reallaşdırır"-deyə qeyd edən Aqil Acalov həmçinin bildirib ki, bu xeyriyyəçilik məqsədi ilə yanaşı, cəmiyyətdə maarifləndirmə işini aparmağa istiqamətləndirilmiş aksiyadır. "Biz istəyirik ki, cəmiyyətimiz hər zaman talassemiya və hemofiliyadan əziyyət çəkən insanların yanında olsunlar, onların talelərinə biganə yanaşmasınlar. Fürsətdən istifadə edərək, hər kəsi belə sosial layihələrdə iştirak etməyə səsləyirik. Çünkü bu eyni zamanda bizim vətəndaşlıq və insaniyyətlik borcumuzdur."

Federasiyanın birinci vitse-prezidenti Qüdrət Nuriyev də bu kimi aksiyalarda iştirak etməkdən məmnunluq hissi duyduğunu deyib. "Verilən hər bir qan bir xilas mənbəyidir"-deyə qeyd edən Qüdrət Nuriyev əlavə edib ki, bənzər təşəbbüslərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcu olmaqla yanaşı, həm də humanizmə verdiyi dəyər olmalıdır.

AAF-ın vitse-prezidenti
Nuranə Şıxəliyeva
da bildirib ki, bu cür sosial layihələrin həyata keçirilməsi, xüsusilə, talassemiya və hemofiliyadan əziyyət çəkən insanlar üçün bu kimi təşəbbüslərin reallaşdırılması vacibdir. "İlk növbədə, vətəndaş olaraq düşünürəm ki, talassemiya və hemofiliyalı insanlar üçün belə kampaniyaları tez-tez keçirməliyik. Çünki dünyada bu xəstəlikdən əziyyət çəkən insanlar kifayət qədərdir"-deyə bildirən Nuranə Şıxəliyeva həmçinin qeyd edib ki, Azərbaycan dövləti istər talassemiyadan, istərsə də, digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün çox böyük işlər görür, uğurlu proqramlar icra edilir. Bizlər də hər zaman dövlətimizin yanında olaraq vətəndaşlıq borcumuzu layiqincə təmsil etməliyik, öz təşəbbüslərimizlə fəallığımızı artırmalı, xeyriyyəçilik məqsədlərimizi davamlı olaraq həyata keçirməliyik. Hazırki aksiyamız da məhz bu istiqamətə yönəlib və AAF gələcəkdə də həmin fəaliyyətini uğurla davam etdirməyi qarşısına məqsəd qoyub."

Yunis QARAXANOV,
ZiM.Az-ın və "Şərqin səs" qəzetinin xüsusi müxbiri

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: