Ümid bağlamışam
Üzündə Peyğəmber nuru olan,
bütün daxili gözəllikləri özündə cəmləşdirən,
"SPERO" hospitalın Sığorta şöbəsinin rəhbəri,
insani keyfiyyətlərə malik olan həkim
Natavan xanım Babayevaya həsr edirəm.
Xəyalım gümana sarılır tez -tez,
Canım ağrıları bir hökümədir.
Mənim də canımın ağrısı artıb,
Ümid Natavan tək bir həkimədir.
Sadədi, alidi, ucadı adı,
Yoxdur bu məkanda tən o həkimə.
Əlin şəfalıdır Natavan xanım,
Ümid bağlamışam sən, tək həkimə.
Heç vaxt büdrəməsin ömür yolunda,
Dərd-qəm oturmasın daşının üstə,
Onun həkim əli mənə can verir,
Allah özü dursun başının üstə.
Sona Abbasəliqızı,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.