Azərbaycanımızda biririnci dəfə həkimlərin ilk poetik toplusunun 1-ci cildi olan "HƏKİMLƏRİN SÖZ DÜNYASI" kitabının təqdimat mərasimi baş tutub.
Zim.Az xəbər verir ki, təqdimatı giriş sözü ilə açan həkim-şairə Hacı Azadə-Taleh Abbasqızı sözü kitabın tərtibatçısı və baş redaktoru Əfrahim Hüsenliyə vermişdir.
O, kitabın ərsəyə gəlməsi haqda çox ətrafli məlumat verdikdən sonra şair, alim, Millət vəkili Musa Urud çıxış edərək Əfrahim Hüseynlinin bu layihəni həyata keçirməsini çox yüksək qiymətləndirmişdir.
Hətta, bu kitabın növbəti hissələrinin də çap olunub oxuculara təqdim olunmasının vacibliyini qeyd etdişdir.
Daha sonra şair Sərdar Kərimlinin oğlu Rəşad Kərimli, gözəl yazıçımız Yusif Əhmədovun qızı Qüdsiyyə Yusifqızı, Ramiz Duyğun, Ramiz Mövsüm, Sədaqət Rəşadqızı, Tofiq Nurəli, Fəxrəddin Ziya, Şahin Musaoğlu, Məmmədyar Məmmədyarlı, Elman Rüstəmov, şairə Afaq Şıxlının bacısı Mehin Şıxlı, Nazilə Gültac, Qalib Şəfahət, Pərvin Abbaslı çıəxış edərək tərtibatçı Əfrahim Hüseynliyə öz minnətdarlıqlarını bildirdikdən sonra şeirləri ilə zalda əyləşənləri feyziyab etmilər.
Biz də öz növbəmizdə istedadlı şair Əfrahim Hüseynliyə minnətdarlığımızı bildiririk və ona, eləcə də hər müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!...
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.