LANCET Tibb Mərkəzi pasientlərə təmənnasız marşrut açır

LANCET Tibb Mərkəzi pasientlərə təmənnasız marşrut açır 2 avqust tarixindən etibarən Yormuğanlı (Qaraçöp) kəndindən səhər saat 9:00-da Tbilisi LANCET Tibb Mərkəzinə doğru mikroavtobus çıxacaq, 18:00-da isə Tbilisi LANCET Tibb Mərkəzindən Yormuğanlı kəndinə yola düşəcək.

Eyni qaydada Bolnisi rayonun Darvaz kəndindən başlamaq şərtilə, rayonun yol kənarı kəndlərindən keçməklə, Marneuli şəhəri də daxil olmaqla səhər saat 9:00-da Tbilisi LANCET Tibb Mərkəzinə doğru mikroavtobus çıxacaq, 18:00-da isə Tbilisi LANCET Tibb Mərkəzindən Bolnisə doğru yola düşəcək.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: