Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV Şakir İslam oglu Quvalov -
15 may 1962-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində dünyaya
göz açıb.
1984-cü ildə Tibb Universitetinin Müalicə profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib.
1985-ci ildə internaturanı E.Əfəndiyev adına 2 nömrəli xəstəxananın cərrahiyyə kaderasında ümumi cərrahiyyə üzrə keçib.
1986-1991-ci illərdə Gürcüstan Respublikasında Tbilisi şəhərində ve Dumanisi rayon mərkəzi xəstəxanasında Lor cərrah işləyib.
1987-ci ildə Lor üzrə ixtisaslaşmanı Akademik C.N. Xeçinaşvilinin klinikasında keçerek Lor üzrə sertifikat alıb.
1991-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin otorinolorinqologiya kafedrasında kliniki ordinator olub.
1993-cü ildən sonra hemin kafedranın assisenti, tədris hissə müdiri işləyib.
2003-cü ildən Tibb Elmlər Namizədidir.
3 dəfə Milan, Roma, Münxen , Antalya və Ankara şəhərlərində rinoplastika üzrə kurslarda və konfranslarda olmuş sertifikatlar və diplomlar almışdır.
Hal-hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında tədris hissə müdiridir
və o, eyni zamanda "Medikaı Hospital"da da çalışır.

Biz də hörmətli Şakir həkimə şərəfli işində uğurlar arzulayırıq!..

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: