ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru TƏBRİK EDİRİK!..

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının
31 avqust 2016-cı il tarixli qərarı ilə tanınmış alim,
təcrübəli həkim-cərrah, Azərbaycan Tibb Universitetinin (ATU)
II Cərrahi xəstəliklər kafedrasının professoru
Surxay İsmayıl oğlu Hadıyev - ATU Tədris Cərrahiyyə
Klinikasının direktoru vəzifəsinə təyin olunub.
Biz də Əməkdar elm xadimi, tibb elmləri doktoru, çox hörmətli
professor Surxay Hadiyevi yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, çətin, məsuliyyətli və şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru Xatırladaq ki, Surxay İsmayıl oğlu Hadıyev -
23 iyun 1947-ci ildə Göyçay rayonunda dünyaya
göz açıb.

1971-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universitetini) fərqlənmə diplomu ilə bitirib.

Elə həmin ildən də ATU-nun II Cərrahi xəstəliklər kafedrasında çalışır (baş laborant, assistent, dosent, professor).

1990-cı ildən həmin kafedranın professorudur.

1995-1996-cı illərdə ATU-nin II müalicə profilaktika fakultəsinin dekani vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli sərəncamı ilə "Əməkdar Elm Xadimi",
17 iyun 2000-ci il tarixli sərəncamı ilə "Respublikanın Əməkdar Həkimi" fəxri adlarına layiq görülüb.

Bir müddət "Baku City Hospital"ın direktru vəzifəsində çalışıb.

2016-cı il sentyabr ayının 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikası direktoru olaraq fəaliyyətə başlayıb.

O, eyni zamanda ATU-nin nəzdnində Dissertasiya Şurasının Aprobasiya Seminarının Sədridir.
200-ə qədər elmi məqalənin, cərrahiyyə üzrə 30-a qədər ixtira və səmərələşdirici təklifin müəllifidir.
Son 5 ildə 25 elmi məqaləsi çap olunub.
6 namizədlik dissertasiyasına rəhbərlik etmişdir.

ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru Professor Surxay Hadıyev Mədə-bağırsaq, Qaraciyər və Öd yolları, Mədəalıtı vəzi cərrahi əməliiyatları üzrə dünya miqyaslı mütəxəssisdir. O, aşağıda göstərilən cərrahiyyə əməliyyatlarını uğurla həyata keçirir:

Mədə-bağırsaq sistemi cərrahiyyəsi:
•Qida borusu - axalaziya, lipoma, leyomiyoma kimi xoşxassəli törəmələri, divertikulu
•Mədə və on iki barmaq bağırsağın perforasiyası, qanaxma, mədə çıxacağının stenozu kimi ağırlaşmaları
•Nazik və yoğun bağırsaq xəstəlikləri (xoşxassəli törəmələr-polipoid lezyonlar, bezoarlar, fistulalar, keçməməzlik, Kron xəstəliyi və onunla əlaqəli ağırlaşmalar, qeyri-spesifik xoralı kolit), perianal fistulalar, hemorroidlər, anal çat və s. xəstəliklərin cərrahi müalicəsi;

Hepato-pankreatiko-biliar cərrahiyyə:
•Qaraciyər, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatları, öd yollarının və mədəaltı vəzin mexaniki sarılığa səbəb olan xəstəliklərinin (daş, stenoz, xroniki pankreatit,
•exinokokk kistası) müalicəsini, mədəaltı vəzinin psevdokistaları və xroniki pankreatitin cərrahi müalicəsini əhatə edir.

Yırtıq cərrahiyyəsi:
Yırtıq cərrahiyyəsi ən son elmi və texniki yeniliklərdən istifadə edilərək həm açıq, həm də laparoskopik metodlarla aparılır.
•Qasıq yırtığının plastikası (bir və iki tərəfli)
•Göbək yırtığının plastikası (kiçik orta və böyük həcmli)
•Bud yırtığının plastikası
•Ağ xətt yırtığının plastikası
•Postoperasion yırtığının plastikası (kiçik orta və böyük)
•Eventerasiyanın ləğv edilməsi
•Laparoskopik hernioplastika(bir və iki tərəfli)
•Diafraqma yırtığının ləğvi
•Yırtıq torun dəyişdirilməsi və s.

Biz bir daha ZiM.Az-ın Yaradıcı Heyəti adından Respublikanın Əməkdar elm xadimi,
tibb elmləri doktoru, çox hörmətli professor Surxay Hadiyevi yeni vəzifəyə
təyin olunması münasibətil ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
çətin, məsuliyyətli və şərəfli fəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: