UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!..

UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!.. Nail Əmrah oğlu Ömərov -
1986-cı il fevral ayının 3-də
qədim Borçalı mahalında -
indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində dünyaya göz açıb.

1989-1990-cı illərdə Borçalıda baş vermiş məlum olaylardan sonra ailəliklə Bakıya köçməyə məcbur olublar.

Əvvəlcə Bakıdakı 109 saylı orta məktəbdə, sonra isə Kimya-biologiya təmayüllü Respublika liseyində orta təhsil alıb.

2003-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə fakültəsinə daxil oub.
2009-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.

2009-2010-cu illərdə Bakıda Mərkəzi Klinik Xəstəxanasında intern keçib.

2011-2016-cı illərdə Türkiyənin İstanbul Universitetinin İstanbul tibb fakültəsində "Genel Cerrahi anabilim dalı" da təhsil alıb.

Rus, türk və ingilis dillərini bilir.

Bir neçə Beynəlxalq elmi jurnalda məqalələri çap olunub.

NAİL ÖMƏROV AŞAĞIDAKI SEMİNAR VƏ KURSLARDA İŞTİRAK EDİB:

Ulusal laparoskopik cerrahi kongresi 2013, Bodrum
Ulusal cerrahi kongresi 2014, Antalya
Cerrahi endokrinoloji mezuniyet sonrası kursu 2014, Antalya
Laparoskopik kolorektal cerrahisi kongresi 2015, St.Gallen, İsviçre
Ulusal laparoskopik cerrahi kongresi 2015, Antalya
Travma ve acil cerrahi kongresi 2015, Antalya
Cerrahi endokrinoloji mezuniyet sonrası kursu 2015, Antalya
Laparoskopik cerrahide yeni ufuklar kongresi 2015, İstanbul
Laporoskopik bariatrik cerrahi kursu 2016, İstanbul
Laparoskopik kolorektal kursu 2016, İstanbul

UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!.. BU GÜNLƏRDƏ İSƏ
NAİL ÖMƏROV DAHA BİR
ŞAD XƏBƏRLƏ BİZLƏRİ
SEVİNDİRİB:


O, Türkiyənin
İstanbul Universitetinin
İstanbul tibb fakültesində
uzmanlıq egitimini tamamlayaraq
TÜRKİYƏ CÜMHURİYYƏTİ
SAĞLIK BAKANLIĞI
(Səhiyyə Nazirliyi) tərəfindən "Genel Cerrahi uzman" adına layiq görüb.


Biz də ZiM.Az-ın
Yaradıcı Heyəti adından
dəyərli soydaşımız Nail Ömərovu bu yeni nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: