SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ "RUSİYA FEDERASİYASININ ƏMƏKDAR HƏKİMİ" FƏXRİ ADI VERİLİB

SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ "RUSİYA FEDERASİYASININ ƏMƏKDAR HƏKİMİ" FƏXRİ ADI VERİLİBSOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ "RUSİYA FEDERASİYASININ ƏMƏKDAR HƏKİMİ" FƏXRİ ADI VERİLİB
TƏBRİK EDİRİK!

Dəyərli soydaşımız –
əslən qədim
Borçalı mahalının
Bolnisi rayonundakı
Darvaz kəndindən olan
Fuad Şamil oğlu Əliyev
2017-ci il noyabr ayının 4-də
Rusiya Fedresiyasının Prezidenti
Vladimir Putinin
sərəncamı ilə
"Rusiya Federasiyasının
Əməkdar həkimi"

fəxri adına layiq görülüb.

Xatırladırıq ki,
Fuad Şamil oğlu Əliyev - 1965-ci il yanvar ayının 1-də qədim Başkeçiddə (indiki Dmanisidə) dünyaya göz açıb. Əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.

O, 1981-ci ildə Başkeçiddə orta məktəbi bitirib və özünə peşə seçməkdə tərəddüd etməyib, bütün Borçalıda məşhur həkim kimi tanınan, uzun müddət Başkeçid (Dmanisi) rayon xəstəxanasında çalışan və hazırda da Başkeçiddə yaşayan atası Şamil Əliyevin yolu ilə gedərək həkim olmağı qərarlaşdırıb və elə həmin il Tümen Dövlət Tibb İnstitutuna daxil olub. 1987-ci ildə həmin institutun müalicə işi fakültəsini cərrah ixtisası üzrə bitirib. Bir müddət Tümen şəhər əhalisinə təcili yardımın göstərildiyi 1 nömrəli klinik xəstəxanada çalışıb. O, ordinatordan ali kateqoriyalı cərraha, sonra isə cərrahiyyə bölməsinin müdiri vəzifəsinədək yol keçib. Eyni zamanda, elmi-tədqiqatla məşğul olub, 1992-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə, bir müddət sonra isə professor elmi adına layiq görülüb, Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiri təyin edilib. Beş monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir.

Fuad Əliyev uzaq Tümendə bacarıqlı həkim kimi Borçalını ləyaqətlə təmsil edir, buradakı Azərbaycan diasporasının işində də fəallıq göstərir. 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayında Tümendən gəlmiş nümayəndə heyətinə başçılıq edərək qurultayda çıxış etmişdir.

Fuad Əliyev hazırda Tümen Dövlət Tibb Universitetində kafedra müdiri, professordur.
O, 2017-ci il noyabr ayının 04-də Rusiya Fedresiyasının Prezidenti V.Putinin sərəncamı ilə
"Rusiya Federasiyasının Əməkdar həkimi" fəxri adına layiq görülüb.


Dəyərli eloğlumuz Fuad Şamil oğlu Əliyevi bu yüksək ada layiq görülməsi münasibəti ilə
biz də redaksiya heyətimiz adından, şəxsən öz adımdan və eləcə də ailəmiz adından ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayrıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: