Təşəkkür və minnətdarlıq

Təşəkkür və minnətdarlıq Bu yaxınlarda bir jurnalist həmkarım Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alıb. Adının hallanmasını istəməyən xanım jurnalist öz adından təşəkkür yazmağımızı xahiş etmişdi. Həmkarım olan xanım qəfil özünü çox pis hiss etdiyindən Təcili yardım çağırıb. Çacırışa gələn həkim və tibb bacıları ilkin yardım göstəriblər, sonra xəstəxanaya aparıblar. Xanım qeyd edir ki, xəstəxanada ona dəqiq diaqnoz qoyulub və həkimlərin sayəsində səhəti yaxşılaşmağa başlayıb və qısa bir vaxtda tam sağalıb.

Həmkarımız ilk növbədə xəstəxananın baş həkimi Telman İbadova yüksək tibb xidməti təşkil etdiyi üçün dərin təşəkkürünü bildirir.
Baş həkimin birinci müavini Mahir Babayevə, II sinir şöbəsinin müdiri Xanlar Həsənova, öz həkimi Ülkər Abbasovaya, Baş tibb bacısı Aidə Əliyevaya, tibb bacıları Mahirə Kərimovaya, Gülxar Gözəlovaya, Lalə Qafarovaya, Əzizə Hüseynovaya, eləcə də təsərrüfat hissə müdiri Rəna Əbilovaya diqqət və qayğıya görə öz dərin təşəkkürünü bildirir.

Azərbaycan Mediası olaraq bütün jurnalistlər adından MirQasımov adına RKX-nın həkim kolektivinə biz də dərin təşəkkürümüzü bildiririk.

Əsli Mustafayeva,
“İnsanlığın keşiyində” qəzetinin təsiscisi,
“Şərqin səsi” qəzetinin redaktoru.

Zirve.info


Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: