Uzman. Dr. neyrocərrah Fərid Qaralovu siz də tanıyın

Uzman. Dr. neyrocərrah Fərid Qaralovu siz də tanıyınƏziz dostlar!

Bu gün sizlərə
Ormeşən elinin
daha bir dəyərli oğlu,
xeyirxah əməlləri ilə
tanınan Uzman. Dr. neyrocərrah
Ferid Qaralov haqqında məlumat vermək istəyirəm.

Fərid Qaralov Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasında Neyrocərrahiyyə şöbəsində müdir kimi işə başlayıb.


Eyni zamanda, o,
Respublika Neyrocərrahiyyə Xəstəxanasında
həkim-neyrocərrah,
Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının müəllimidir.

Bunları yazmaqda məqsədim Fərid dr.u reklam etmək deyil.
O, reklama ehtiyyacı olmayan, tibbin banisi Hippokrat andını şərəflə yerinə yetirən bir Uzman Doktordur!..
Mən onunla qürur duyduğum, fəxr etdiyim üçün yazıram...
Elimizin belə oğulları ilə hamımız fəxr etməliyik..
Kəndimizdən neçələrinə tam təmannasız, yanına gələn xəstələrinə göydə Allahın izniylə yerdə qızıl əllərinin köməyi ilə şəfa verib.

Hər ağızda bir xeyir dua var deyirlər, allah o xəstələrin doktorumuza verdiyi xeyir duanı qəbul etsin...

Elimizində xeyirxah, yardımsever oğulları var olsun..
Ömürləri uzun olsun!..

Gündüz QARALOV,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: