GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB
ALLAH RƏHMƏT ELƏSİN...

Azərbaycan tibb elminə və ictimaiyyətinə ağır itki üz vermişdir.
Dəyərli ziyalımız, sevimli eloğlumuz, görkəmli alim, tanınmış ictimai-siyasi xadim, böyük şəxsiyyət, vətənpərvər, yurdsevər, son dərəcə milli təəssübkeş, sözün əsl mənasında xeyirxah insan, təmənnasız, hər kəsə qayğı ilə yanaşan, mülayim və prinsipial, olduqca ləyaqətli və cəsarətli, hər zaman haqqın-ədalətin, düzlüyün tərəfdarı olan,
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə
"Əmək" ordeni ilə təltif olunmuş məşhur 91-lərdən
və Yeni Azərbaycan Partiyasının təsisçilərindən olan
təcrübəli həkim, kurortoloq və fizioterapevt,
Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru,
Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
Rusiya Tibb Elmləri AKademiyasının fəxri doktoru,
Gürcüstan Profilaktik Təbabət və Ekologiya Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Türk Dünyası Elmlər Akademiyasının akademiki, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü,
Azərbaycan Tibb Universitetinin fizioterapiya
və tibbi reabilitasiya kafedrasının müdiri,
tibb elmləri doktoru, professor
ƏLİŞİR VEYS OĞLU MUSAYEV
28 aprel 2020-ci ildə 71 yaşında vəfat etmişdir.
Ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlıgı veririk.
Onun xatirəsi bizlər üçün hər zaman əziz və doğma olacaqdır.
Allah rəhmət eləsin.


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: