Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976) Aqil Xazeyin oğlu Məmmədov - 12 fevral 1976-cı ildə
qədim Borçalı mahalının Başkeçid rayonunda
(indiki Gürcüstan Respublikasının Dmanisi rayonunda)
müəllim ailəsində anadan olub.

Aqil Məmmədov ilk təhsilini 1980-cı ildə Başkeçiddə
(indiki Dmanisi rayonundakı) bir saylı rus orta məktəbində başlayıb.

1989-cu ildə Borçalıda baş vermiş məlum milli ayrı-seçkilik olaylarından sonra, burada yaşayan azərbaycanlılara qarşı yönəlmiş təqib və təzyiqlər daha da çoxalıb,
rayon mərkəzində çalışan yüzlərlə soydaşımız heç bir səbəb göstərilmədən işdən azad olunub, Başkeçid (indiki Dmanisi) şəhərində (eləcə də, qonşu Bolnisi və Kazreti şəhərlərində) yaşayan minlərlə soydaşımız Azərbaycana köçməyə məcbur ediliblər.
Başkeçiddə yaşayan soydaşlarımız bax beləcə pərən-pərən olublar, öz doğma isti ocaqlarından hərəsi bir yana dağılıblar.
Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutub, kimisi Ukraynaya, kimisi Orta Asiya respublikalarına.

Xazeyin Məmmədovun ailəsi isə Azərbaycan Respublikasının Gəncə şəhərinə pənah gətiriblər.
Elə buna görə də, Aqil Məmmədov təhsilini Gəncə şəhərindəki 31 saylı orta məktəbdə davam etdirib və həmin məktəbi 1993-cü ildə müvəffəqiyyətlə bitirib, sənədlərimi Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə verib və qəbul olub.
Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetini (Müalicə-Profilaktika fakültəsi № 2) həkim-terapevt ixtisası üzrə bitirib.
Hazırda, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 13 saylı bölməsinin səyyar həkimi vəzifəsində işləyir.
Subaydır.

Biz də dəyərli soydaşımız, tanınmış həkim Aqil Məmmədova
şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..


Zemfira BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: