1956-1967-ci illərdə Tiflis şəhərində 41 saylı orta məktəbdə oxuyub. (Rus dili sektorunda).
1967-ci ildə orta məktəbi gümüş medalla bitirdikdən sonra, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə daxil olub.
Bir il həmin institutda təhsil aldıqdan sonra, 1968-ci ildə Tiflis şəhərinə qayıdaraq, təhsilini Tiflis Dövlət Tibb İnstitutunda davam etdirib.
1972-ci ildə Tiflis Tibb İnstitutunu müvəffəqiyyətlə bitirərək, terapevt ixtisasına yiyələnib.
1972-ci ildən əmək fəaliyyətinə Rustavi şəhər xəstəxanasından başlayıb, daha sonra təcili və təxirə salınmaz yardım stansiyasında çalışıb.
1974-1976-cı illərdə Tiflis şəhərində tibb texnikomunda müəllim işləyib.
1976-1979-cu illərdə yenidən Tiflis şəhərində mərkəzi təcili təxirəsalınmaz tibbi yardım stansiyasında işləyib.
1979-1986-cı illərdə Kaxiani adına Tiflis Dəmir yolu xəstəxanasında həkim-kardioloq vəzifəsində çalışıb.
1986-cı ildə Tiflis Dövlət Tibb İnstitutunun nəzdində aspiranturaya qəbul olub və həmin institutun terapiya kafedrasının asissenti olub.
Burada Akademik Nuqzar Tatişvilinin rəhbərliyi altında "Xarici nəfəs çatışmamazlığı zamanı, ürək funksiyasını tədqiqi" üzrə çalışıb və 1989 -cu ildə "Xarici nəfəs çatışmamazlığı zamanı, ürək funksiyasının tədqiqi" mövzusu üzrə elmi işini müvəffəqiyyətlə tamamlayaraq, tibb elmləri namizədi elmi adına layiq görülüb.
2011-ci ilə qədər orada, terapiya kofedrasının dossenti olaraq çalışıb.
2011-ci ildən "Kuzanov klinika"sında direktor kimi fəaliyyət göstərir.
21 elmi məqalənin və 4 - metodik dərsliyin müəllifidir.
Jana Nəsib qızı 22.06.1974-cu ildə Gürcüstanın Meşə və ağac emalı sənayesi naziri Uchaneishvili Tenqiz Yasonoviçlə ailə həyatı qurub.
2 övladı - bir oğlu, bir qızı dünyaya gəlib.
Hazırda iki nəvəsi var.
Allah uzun ömür, can sağlığı versin. Amin!
R.Ə.Saraçlı
17.06.2020-ci il.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.