
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 24-cü
bəndini rəhbər tutaraq
qərara alıram:
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şamı İsmayıl oğlu Abdullayevə general-leytenant hərbi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2013-cü il.

Xatırladırıq ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Naziri
general-leytenant Şamı İsmayıl oğlu Abdullayev
05 yanvar 1962-ci ildə
Uli Borçalı mahalının qədim Başkeçid elində, indiki Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub.
Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi və Rusiya Federasiyasının V.V.Kuybışev adına Hərbi Mühəndislik Akademiyasının mülkü müdafiə fakultəsini bitirib.
Ailəlidir, 2 övladı var.

əslən qədim Borçalı mahalının Başkeçid elindən olan Şamı İsmayıl oğlu Abdullayevi
general-leytenant hərbi rütbəsinə layiq görülməsi münasibətilə
şəxsən öz adımdan və eləcə də rəhbərlik etdiyim ZiM.Az-ın Yaradıcı Heyəti adından
ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.