Cavanşir Qurbanovun “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cavanşir Qurbanovun  “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı C.K.Qurbanovun
2-ci dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə
Cavanşir Kazım oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2017-ci il.



REDAKSİYADAN:

Biz də fürsətdən istifadə edərək, "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti,
Əməkdar Bədən Tərbiyəsi və idman xadimi, professor,
çox hörmətli Cavanşir Qurbanovu anadan olmasının 70 illik yubileyi və
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də, idman və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: