TƏBRİK EDİRİK!..
Prezident İlham Əliyev
2018-ci il noyabrın 5-də
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun əməkdaşlarının
“Əməkdar elm xadimi” fəxri adı,
“Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu” və
“Tərəqqi” medalı ilə
təltif edilmələri haqqında
Sərəncamlar imzalayıb.
Prezident İlham Əliyev
2018-ci il noyabrın 5-də
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun əməkdaşlarının
“Əməkdar elm xadimi” fəxri adı,
“Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu” və
“Tərəqqi” medalı ilə
təltif edilmələri haqqında
Sərəncamlar imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qəzənfər Məmməd oğlu Paşayevə “Əməkdar elm xadimi” fəxri adı verilib.
Prezidentin digər sərəncama əsasən Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində
uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Araslı Nüşabə Həmid qızı və Məmməd Tahirə Qəşəm qızı
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Dövlətimizin başçısının digər Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları - Alışanov Şirindil Həsən oğlu, Quliyeva Mahirə Həmid qızı və
Yusifov Vaqif Əziz oğlu Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli
səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.
Təltif olunan dəyərli alimlərimizi biz də ürəkdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı
və yeni-yeni elmi yaradıcılıq uğurları arzulayırıq!..
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.