Darvazlı FAZİL KAMAL oğlu MUSAYEV "TƏRƏQQİ" medalı ilə təltif olunub

Darvazlı FAZİL KAMAL oğlu MUSAYEV "TƏRƏQQİ" medalı ilə təltif olunub
TƏBRİK EDİRİK!..

Darvazlı FAZİL KAMAL oğlu MUSAYEV "TƏRƏQQİ" medalı ilə təltif olunub
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin
15 noyabr 2018-ci il tarixli Sərəncamıyla
Azərbaycan Respublikasında
avtomobil yollarının tikintisi
və istismarı sahəsində fərqlənən bir qrup şəxs
Azərbaycan
avtomobil yollarının
100 illiyi münasibətilə və
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında
xidmətlərinə görə
orden və medallarla
təltif olunublar.


Sevindirici haldır ki, təltif olunanlar arasında
dəyərli eloğlumuz, əslən qədim Borçalı mahalının
Bolnisi rayonundakı Darvaz kəndindəın olan
çox hörmətli FAZİL KAMAL oğlu MUSAYEV də
var.

O, Azərbaycan Prezidentinin həmin sərəncamıyla
"TƏRƏQQİ" medalı ilə təltif olunub.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından dəyərli eloğlumuz,
çox hörmətli MUSAYEV FAZİL KAMAL oğlu
nu
Azərbaycan Prezidentinin sərəncamıyla "TƏRƏQQİ" medalı ilə
təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı və daha böyük uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: