Elçin Babayev BDU-nun yeni rektoru təyin olunub

Elçin Babayev BDU-nun yeni rektoru təyin olunub TƏBRİK EDİRİK!..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
11 mart 2019-cu il tarixli sərəncamı ilə
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,
dosent Elçin Səfəralı oğlu Babayev
Bakı Dövlət Universitetinin rektoru təyin edilib.


Elçin Səfəralı oğlu Babayev - 4 aprel 1965-ci ildə
Naxçıvan şəhərində doğulub. 1996-1997-ci illərdə
Azərbaycan Dövlət Pedaqoji Universitetində,
1998-1999-cu illərdə Bakı Dövlət Universitetində,
1996-1999-cu illərdə Əmək və Sosial
Münasibətlər Akademiyasında, 1995-2009-cu illərdə
289 nömrəli məktəb – “Zəngi” liseyində,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında,
Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının
Artırılması İnstitutunda və Rəhbər kadrların fasiləsiz
təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında
pedaqoji fəaliyyət göstərib.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini,
Şamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər"
"Günəş və Günəş-Yer əlaqələrinin fizikası" şöbələrinin rəhbəri, ŞAR Elmi Şurasının sədr müavini;
AMEA "Azərbaycan Astronomiya Jurnalı"nın Baş redaktor müavini
vəzifələrində çalışıb.

2009-cu ildən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun icraçı direktoru
idi.

1995-ci ildən Avroasiya Astronomiya Cəmiyyətinin (EAAS, http://www.sai.msu.su/EAAS/)
İdarə Heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisi,
1996-cı ildən Avropa Astronomiya Cəmiyyətinin(EAS, eas.unige.ch),
2014-cü ildən Beynəlxalq Biometeorologiya Cəmiyyətinin (İSB, http://biometeorology.org/),
2003-cü ildən Beynəlxalq Astronomiya İttifaqının (IAU, www.iau.org), (Division II – Sun and Heliosphere, Commission 12 and Division XII- Union-Wide Activities) üzvüdür.

2005-ci il sentyabr ayında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə
"Tərəqqi" medalı təl­tif edil­ib.

Biz də "ZiM.Az" və "Zirve.İnfo"-nun yaradıcı heyəti adından
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elçin Səfəralı oğlu Babayevi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi münasibətilə ürəkdən təbrik edir,
ona yeni və şərəfli vəzifəsində, eləcə də, elmi-pedaqoji fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: