İlham Əliyev əslən Gürcüstandan olan alimləri də təltif edib

TƏBRİK EDİRİK!..

İlham Əliyev əslən Gürcüstandan olan alimləri də təltif edib
Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyev
2019-cu il noyabrın 25-də Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə
"Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi" və
"Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi" haqqında
Sərəncamlar imzalayıb.

ZiM.Az böyük sevinc və fərəh hissi ilə xəbər verir ki,
həmin sərəncamlarda əslən Gürcüstandan olan
hazırda Bakı Dövlət Universitetində çalışan
elm adamlarının adları da var:

BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor
Vəliyev Həmid Alı oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə,
Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent
Knyaz Aslan İlyas oğlu "Tərəqqi" medali ilə,
İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının professoru
Yusubov Şakir Şıxı oğlu
Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, dosent
Məmmədov Kərəm Hətəm oğlu
"Əməkdar müəllim" fəxri adı
ilə
təltif ediliblər.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından əslən Gürcüstandan olan elm adamlarımızı
Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin
inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyev tərəfindən
təltif olunmaları münasibətilə ürəkdən təbrik edir və onlara daha böyük uğurlar arzulayırıq.


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: