Kamal Abdulla “Şöhrət” ordeni ilə təltif edilmişdir

Kamal Abdulla  “Şöhrət” ordeni ilə  təltif edilmişdir
K.M. Abdullayevin
“Şöhrət” ordeni ilə
təltif edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin
Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Mehdi oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2015-ci il.



Kamal Abdulla  “Şöhrət” ordeni ilə  təltif edilmişdir
TƏBRİK EDİRİK!..

Əziz və hörmətli Kamal müəllimi - xalqımızın böyük ziyalısını və dövlət xadimini, görkəmıli alim və yazıçını "Şöhrət" ordeni ilə təltif olunmağı və yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Vətənpərvərlik, dövlətə və xalqa sədaqət, ziyalılıq örnəyi olan Kamal müəllimə yüksək dövlətçilik fəaliyyətində və yaradıcılığında yeni uğurlar, can sağlığı, səadət arzulayıram!..

Asif HACILI,
Bakı Slavyan Universitetinin rektoru,
filologiya elmləri doktoru, professor.




REDAKSİYADAN: Kamal Abdulla  “Şöhrət” ordeni ilə  təltif edilmişdir

Biz də
Zim.az
olaraq
Asif müəllimin
bu səmimi
təbrikinə qoşulur,
çox hörmətli
Kamal müəllimi -
Azərbaycan
Respublikasının
millətlərarası,
multikulturalizm və
dini məsələlər üzrə
Dövlət müşaviri,
Filologiya elmləri doktoru, professor,
əməkdar elm xadimi,
AMEA-nın həqiqi üzvü,
Azərbaycan Yaradıcılıq
Fondunun sədri,
Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014),
tanınmış dilşünas, görkəmli ədəbiyyatşünas,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Himayəçilik Şurasının üzvü,
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi Himayəçilik Şurasının sədri -
Kamal Abdullanı (Abdullayev Kamal Mehdi oğlunu)
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq!..


Müşfiq BORÇALI.




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: