Nazir müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçilib.

Nazir müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçilib.TƏBRİK EDİRİK!

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçilib.
18 üzvdən ibarət olan Komitəyə Azərbaycan nümayəndəsi ilk dəfədir seçilir.


17 iyun 2022-ci il tarixində Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 39-cu iclası çərçivəsində BMT-nin İnsan Hüquqları Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.
Seçkilərdə Komitədə mövcud olan 9 vakant yer uğrunda 17 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov mübarizə aparıb.
173 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 94 səs toplayaraq Komitənin üzvü seçilib.

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş BMT-nin İnsan Hüquqları Komitəsi Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının tərəf dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: