03.03.2011.
Bakı, 3 mart (AZƏRTAC).
Martın 3-də Azərbaycan Yazıçılar Birliyinin (AYB)
“Natəvan” klubunda tarixçi-yazar Təranə Cəbiyevanın
“İçərişəhərin əbədi sakini” kitabının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki,
müəllifin yaradıcılığından danışan
AYB-in mətbuat xidmətinin rəhbəri,
şair Ədalət Əsgəroğlu
tarixçi-jurnalist Təranə Cəbiyevanın
“İşərişəhərin əbədi sakini” kitabının
kəramət sahibi, övliya Mir Mövsüm Ağaya
həsr olunduğunu bildirmişdir.
Kitabda müasirlərinin Mir Mövsüm Ağa haqqında fikirləri, onun kəramətini görən insanların xatirələri və bu müqəddəs şəxs barədə yazılmış şeirlər toplanmışdır.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru Vaqif Yusifli, şairlər Abbas Abdulla, Teyyub Qurban, Zərəngiz Dəmirçi Qayalı, Azadə Abbasqızı, Dayandur Sevgin, Narıngül və başqaları yeni kitabın mənəvi dəyərlərimizin qorunmasında böyük əhəmiyyətini vurğulamışlar.
Kitabın naşiri və redaktoru Müşfiq Borçalı müəllifi sayca beşinci kitabının çapdan çıxması münasibətilə təbrik etmiş, onun “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Abdulla Şaiq” və başqa mükafatlara layiq görüldüyünü xatırlatmışdır.
Sonda Təranə Cəbiyeva
tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
“İşərişəhərin əbədi sakini” kitabı kəramət sahibi Mir Mövsüm Ağaya həsr olunmuşdur
Bu günlərdə
Azərbaycan Yazıçılar
Birliyinin (AYB)
"Natəvan" klubunda
tarixçi- publisist
Təranə Cəbiyevanın
xalqımızın dərin
etiqad göstərdiyi
Mir Möhsün ağanın
əziz xatirəsinə
həsr etdiyi
"İçərişəhərin əbədi sakini"
kitabının təqdimat
mərasimi keçirilib.
Tanınmış şair və yazıçıların, ziyalıların iştirakı ilə keçən tədbiri AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu açaraq belə kitabların xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin qorunaraq saxlanılmasında böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Tədbirdə Abbas Abdulla, Teyyub Qurban, Solmaz Elqızı, "Qafqaz-media" şirkətinin rəhbəri Azadə Taleh, Zərəngiz Dəmirçioğlu, Müşfiq Borçalı, Nəzakət Aşurbəyova, Qulam Sadıq, Şüvəlan qəsəbə sakini Mərziyyə İslamova və başqa ziyalılar çıxış edərək Mir Möhsün ağanın pak, xeyirxah əməllərindən, Allahın lütfü ilə insanlara bəxş etdiyi qeyri-adi kəramətlərindən bəhs edən bu kitabın ictimaiyyət arasında geniş təbliğ edilməsinin vacib olduğunu bildiriblər.
Qeyd olunub ki, Mir Möhsün ağa ocağı II Dünya müharibəsinin qanlı-qadalı illərində, eləcə də müharibədən sonrakı ağır dövrdə təkcə soydaşlarımızın deyil, ölkəmizdə yaşayan başqa millətlərdən olan insanların da ümid, iman yeri olub. Natiqlər həmçinin kitabın sadə, anlaşıqlı dildə yazılmasını, informasiya tutumlu olmasını qeyd ediblər.
Qeyd edək ki, "İçərişəhərin əbədi sakini" kitabı layiq olduğu kimi yüksək poliqrafik zövq ilə tərtib olunaraq nəşr edilmişdir.
Kitabın naşiri və redaktoru Müşfiq Borçalı müəllifi sayca beşinci kitabının çapdan çıxması münasibətilə təbrik etmiş, onun “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Abdulla Şaiq” və başqa mükafatlara layiq görüldüyünü xatırlatmışdır.
Tədbirin sonunda kitabın müəllifi, tarixçi-publisist Təranə Cəbiyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, nəşriyyatın rəhbərliyinə, Mir Möhsün ağanın doğmalarına, ziyarətgahın bütün əməkdaşlarına, dərin minnətdarlıq edərək xalqımızın tarixində dərin iz qoymuş görkəmli din xadimləri ilə bağlı tədqiqatlarını gələcəkdə də davam etdirəcəyini bildirdi.
Məsaim ABDULLAYEV,
"Xalq" və "Şərqin səsi" qəzetləri.
19.03.2011.
"Xalq" və "Şərqin səsi" qəzetləri.
19.03.2011.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.