AD GÜNÜN MÜBARƏK, NURƏLİ!..

AD GÜNÜN MÜBARƏK, NURƏLİ!..
TƏBRİK EDİRİK!..

Martın 16-ı Ən gənc "Yeni Yurd"çu -
"Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin ən gənc üzvü,
Bakıdakı Zərifə Əliyeva adına litseyin 3-cü sinif şagirdi
Nurəlinin Ad Günüdür.

Onun 9 yaşı tamam olur.

Yaşının az olmasına baxmayaraq balaca Nurəli
çox maraqlı həmsöhbətdir.

Onu maraqlı edənsə cəmi 9 yaşında olan bir uşağın
yaşına uyğun olmayan biliyi,
məlumatlılığı və söhbətləridir.

Məktəbin ən fəal şagirdlərindəndir,
bütün dərslərini əla qiymətlərlə oxuyur.

AD GÜNÜN MÜBARƏK, NURƏLİ!.. Müəllimlərinin sevimlisidir,
bu sevgini isə özünün tərbiyəsi,
davranışları, təhsilə, öyrənməyə olan
sonsuz həvəsi və bacarıqları ilə qazanıb.

Nurəlinin istedadı və arzuları qədər iddiaları da böyükdür.

O, böyüyəndə biznesmen olmaq, böyük bir şirkətin prezidenti olmaq arzusundadır.

Deyir ki, mən xalqımızın yaxşı, xoşbəxt və firavan yaşaması arzusundayam.

Əsas məşğuliyyəti kitab oxumaq və ingilis dilini mükəmməl öyrənməyə çalışmaqdır.

Oxuduqları və öyrəndikləri onun dünyagörüşünün zənginləşməsinə ciddi təsir göstərir.

Hobbisi idman və digər uşaqlar kimi kompüter oyunlarıdır.

AD GÜNÜN MÜBARƏK, NURƏLİ!.. AD GÜNÜN MÜBARƏK, NURƏLİ!..
Lakin balaca Nurəli hesab edir ki,
bu oyunlar da ona nə isə
öyrənməyə kömək etməlidir.

İnşallah, biz də inanırıq ki,
Nurəli hər zaman
böyük uğurlara imza atacaq,
vətənimizə və xalqımıza
layiqli övlad olacaqdır.

Xatırladaq ki, Nurəli "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri
Mahirə xanım Əsədovanın oğludur.


Biz də Zim.az kollektivi adından Nurəlini Ad günü münasibətilə
səmimi qəlbdən təbrik edir,
ona uzun ömür,
möhkəm can sağlığı,
firavan həyat, xobəxtlik,
parlaq gələcək və
dərslərində müvəffəqiyyətlər
arzulayırıq!..


Doğum günün mübarək, Əziz Nurəli!

P.S.: Kanal24.az İnternet TV-nin əməkdaşı bu günlərdə Nurəli ilə həmsöhbət olub, onun haqqında
maraqlı video-sujet hazırlanıb.

Nurəli həmin müsahibəsində səsləndirdiyi fikirləri ilə hamının heyrətinə və təəccübünə səbəb olub.

Onun düşüncəsi və mühakimələri yaşından çox-çox irəlidədir, böyükdür...


Həmin Video-sujeti sizlərə də təqdim edirik, əziz Zim.azsevərlər.
Buyurun izləyin!..
Müşfiq BORÇALI.




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: