Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurma fonunda gənclər sosial mediada informasiya müharibəsinə başlayıb. Azərbaycanlılarla ermənilər arasında sosial şəbəkələrdə müxtəlif həştəqlər altında savaş gedir.
“Gənc Liderlər Heydər Əliyev Yolunda” Facebook dəstək kompaniyasının layihə rəhbəri Müslümov Nicat bildirib ki, azərbaycanlı gənclər sosial şəbəkələrdə erməni aktivistlərin cavabını vermək üçün fəallıq göstərir: “Hazırda Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi kəskin vəziyyətdədir. Biz düşmən ölkə ilə 25 ildir ki, müharibə şəraitindəyik. Atəşkəs elan edilsə də, Ermənistan demək olar ki, hər gün atəşkəsi pozur və bununla yanaşı bütün dünyaya haqqımızda yalan informasiyalar yaymağa davam edir.
Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasında başlayan informasiya müharibəsinin tarixi Qarabağ müharibəsindən çox-çox əvvələ təsadüf edir. SSRİ dönəmində Ermənistan Azərbaycana qarşı gizli informasiya müharibəsinə əl ataraq tarixi saxtalaşdırıb, tarixi yerlərimizin adını dəyişdirib. Artıq 3 gündür ki, sosial şəbəkə məlumatlarında erməni tərəfi dezinformativ məlumat paylaşır.
Çox sevindirici haldır ki, gənclər sosial şəbəkələrdə xüsusilə feysbuk, tvitterdə erməni aktivistləri tərəfindən gündüz və gecə paylaşılmış bütün məlumatlara layiqli cavab verir. Məhz bu səbəbdən Nicat Müslümov bildirib ki, sözügedən “Gənc Liderlər Heydər Əliyev Yolunda” Facebook dəstək kompaniyasını səhifəni izləyənlərin sayı 5.000-dən artıqdır və səhifənin izləyicisi olan üzvlərinin sayı gündən-günə artır: “Bizim layihədə 18-50 yaş arası könüllü insanlar iştirak edir. Dövlət və özəl sektorda çalışanlar , gənc tələbələrimiz də var”.
Layihə rəhbəri deyir ki, komandanın üzvlərin sayı isə ümumilikdə 15 nəfərdən ibarətdir: “Facebook”da yaratdığımız Gənc Liderlər Heydər Əliyev Yolunda səhifəmizi istər ölkəmizdə, istərsə də Avropada təhsil alan gənclər səhifənin, qrupun fəaliyyətini izləyə bilirlər və onlar da öz çevrələrini, Avropada yaşayan insanları bura üzv olmağa dəvət edərlər. Mən bütün soydaşlarımızı “Facebook”da yaratdığımız Gənc Liderlər Heydər Əliyev Yolunda səhifəmizi izləməyə, aktiv fəaliyyət göstərməyə çağırıram” öz sıralarında olan gənclərlə birgə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında yaxından iştirak etməlidir. Cənab Prezidentin siyasi iradəsi nəticəsində bir neçə gün ərzində əldə etdiyimiz uğurlar beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara sosial şəbəkələr vasitəsilə daha dolğun formada çatdırır. Bu aksiyaya hər bir azərbaycanlı gənc qoşulmalıdır”. Aktiv fəaliyyət göstərməyə çağırıram”.
Nicat Müslümov deyib ki, səhifədə milli mədəniyyətimiz, ədəbiyyatımız , tariximiz, milli musiqimiz , İdmanımız haqqında paylaşımlar gedir: “Azərbaycanı təbliğ edirik. Həmçinin səhifədə Azərbaycanın Prezident cənab İlham Əliyevi, Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, ”Baku” Jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva haqqında yazılar dərc olunur. Səhifəmizdə Dağlıq Qarabağ, milli qəhrəmanlar 20 Yanvar, Xocalı soyqırımı haqqında məlumatlar gedir”. Nicat Müslümov deyir ki, Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilir: “Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. İndiki situasiyada da gənclərimiz bu sahədə dövlət tərəfindən atılan addımları çox yüksək qiymətləndirirlər. Onlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas dəstəkverici qüvvəsi, təbliğatçısı və təşviqatçısıdırlar. Hesab edirəm ki, bundan başqa cür də ola bilməz. Çünki gənclərimiz bu siyasətin onların həyatında müsbət dəyişikliklərə səbəb olduğunu açıq görürlər. Ümid edir və buna qətiyyətlə inanırıq ki, bundan sonra da Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara, nailiyyətlərə imza atacaq”.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.