ALMANİYADAN BAYRAM TƏBRİKİ

ALMANİYADAN BAYRAM TƏBRİKİƏziz həmvətənlər, dəyərli dostlar!
Qarşıdan gələn Dünya Azərbaycanlılarını Həmrəyik günü və Yeni Təqvim ili 2017 münasibəti ilə hər birinizi təbrik edir, sizə can sağlığı, çoxlu müvəffəqiyyətlər arzulayıram.
2017 - ci il hər biriniz üçün gözəl, rahat, xoşbəxt və unudulmaz bir il olsun!
Çətin, sizi üzən bütün hadisələr inşaallah arxada qalsın və tezliklə unudulsun!


Xüsusən gənc nəsilə, tələbələrə, potensialı olan cavanlara bir tövsiyyəm və arzularım var. Azərbaycanın elmi yeri, iqtisadiyyatı, gələcəyi sizlərdən asılıdır. Qətiyyən heç bir çətinlikdən, öyrənməkdən qorxmayın, bütün çətinliklərə alışmağa çalışın. Gənc yaşınızdan siyasətə çox qarışmayın, zamanınıza heyfiniz gəlsin. Siyasi cərəyanlar, doğru və yanlış siyasət əlbəttdə hər kəsi maraqlandırmalıdır. Labüd olduğunda reaksiya verilməlidir. Tariximizi öyrənin, bütün sahələrdən minimal məlumatlar əldə etməyə çalışın. Vətənimizin daha da qüdrətli olması üçün savadlı, bacarıqlı kadrlar gərəkir. Bunlar olmadan həm siyasətdə, həm də həyatınızda irəliləyiş etmək çətinlik törədəcək. Onun üçün zamanınızı öyrənməyə sərf edin.
Hər birinizə can sağlığı və uğurlar arzulayıram.


Pərviz ƏMİRASLAN,
Almaniya Mühəndislər Birliyinin həqiqi üzvü


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: