"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib

"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib "Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib "Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib "Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib "Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib "Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib "Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib "Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib Azərbaycan Yazıçılar Birliyində böyük ədib, görkəmli dramaturq Cəfər Cabbarlı adına mükafatların təqdimetmə mərasimi keçirilib.

2015-ci il üçün "Cəfər Cabbarlı Mükafatı" laureatları müəyyənləşdirilib.

Beləliklə, ədəbiyyatşünaslıq, kino, teatr, ədəbi-mədəni əlaqələr sahəsində çoxillik səmərəli xidmətlərə görə aşağıdakı elm, mədəniyyət və incəsənət xadimləri böyük sənətkarın adını daşıyan mükafata layiq görülüb.

“Cəfər Cabbarlı Mükafatı”nın 2015-ci il üçün qalibləri:

Elçin - Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor
Oqtay Mirqasımov - Azərbaycanın xalq artisti, kinorejissor, ssenarist
Məryəm Əlizadə - sənətşünaslıq doktoru, professor, teatrşünas, ADMİU-nun prorektoru
Zərnigar Fəti qızı Ağakişiyeva - Azərbaycanın xalq artisti, teatr və kino aktrisası
Prof. Dr. Ercan Alkaya - Türkiyə Cümhuriyyəti Fırat Üniversitetinin "İnsani ve Sosyal Bilimlər" fakültəsinin Çağdaş Türk Lehceleri və Ədəbiyyatları bölümü
Elman Hilal oğlu Quliyev - filologiya üzrə elmlər doktoru, professor, ADPU-nun "Türk odası" və "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzinin rəhbəri mükafatın builki qalibləri olub.

Xalq yazıçısı Elçin mərasimdə iştirak edə bilmədiyindən, onun mükafatı səlahiyyətli nümayəndəsinə təqdim edilib.

Qeyd edək ki, mükafat ilk dəfə C.Cabbarlı Ev-Muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı və BP şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunub.

Mükafat böyük yazıçının 100 illiyi münasibətilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilib.

Xatırladaq ki, “Cəfər Cabbarlı Mükafatı”nın ilk baş qalibi C.Cabbarlının “Aydın” tamaşasının rejissor işinə görə xalq artisti Mikayıl Mirzə, 2-ci yerin qalibləri “ən yaxşı kişi və qadın obrazları” nominasiyasında “Sevil” operasında Balaş roluna görə xalq artisti Azər Zeynalov, Sevil roluna görə əməkdar artist Zemfira İsmayılova olub.

“Ən yaxşı bədii əsər” nominasiyasında yazıçı Firuz Mustafanın “Adsız” pyeslər kitabı mükafata layiq görülüb.

“Cəfər Cabbarlı Mükafatı” növbəti təqdimatını görkəmli dramaturqun 110 illiyi münasibətilə 2010-cu ilin aprelində həyata keçirilb.

2010-cu ilin mükafatçıları sırasında tanınmış teatr və kino xadimlərindən Yaşar Nuri, İlham Əsgərov, Ramiz Məlikov, Əminə Yusifqızı, Laləzar Mustafayeva, Ramiz Məmmədov, Həmidə Ömərova, Aydın Kazımzadə, alimlərdən Asif Rüstəmli, İlham Rəhimli, Rəhim Əliyev, Hamlet İsaxanlı, Salatın Əhmədli və başqalarının adını çəkmək olar.

“Cəfər Cabbalı Mükafatı” 2012-ci il təqdimatını Tükiyədə həyata keçirilib. Mükafat komissiyasının qərarı llə 2012-ci il “Cəfər Cabbarlı Mükafatı”na Türkiyənin Firat Universitetinin alimləri - Prof. Dr. Ahmet Buran, Dr. Süleyman Kaan YalçınM.Şener Bulut “Manas Yayınçılık” layiq görülüb.

2013-cü ilin “Cəfər Cabbarlı Mükafatı”nın təqdimatı Azərbaycan klassik ədəbiyyatıının görkəmli nümayəndəsi, böyük dramaturq , teatr və kino xadimi Cəfər Cabbarlının 114, Azərbaycan Teatrının 140 illiyi münasibətilə həyata keçirilib.

2013-cü ilin mükafatlarına xalq artistləri M.Fərzəlibəyov, Azərpaşa Nemət, R.Novruzov, əməkdar artistlər Hicran Nəsirova, Əlibala Nurzadə və başqaları layiq görülüb.

2014-cü ilin “Cəfər Cabbarlı Mükafatı”nın təqdimatı görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının 115 illik yubileyinə həsr olunub.

Mukafata teatr və kino sahəsindəki xidmətlərinə görə, xalq artistləri - rejissor Ağakişi Kazımov, aktyor Hacı İsmayılov, aktrisalar - Məleykə Əsədova, Səidə Quliyeva, yazıçı, kinossenarist İlqar Fəhmi, ədəbiyyatşünaslıq sahəsi üzrə işlərinə görə professorlar - Himalay Qasımov, Fikrət Rzayev, Tahirə Məmməd, Gülşən Kəngərli-Əliyeva, jurnalistikla sahəsi üzrə Zemfira Kürdəxanlı, Zərəngiz Dəmirçi Qayalı layiq görülüb.

REDAKSİYADAN:

Qalibləri biz də ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.









.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: