Xırdalan şəhərindəki
H.Əliyev Mərkəzində
Abşeron rayon İcra hakimiyyətinin və
“Yeni Yurd” Sosial
inkişaf ictimai birliyinin
birgə təşkilatçılığı,
Abşeron rayon
Mədəniyyət və Turizm İdarəsinin birgə iştirakı ilə
Dünya şöhrətli siyasətçi
Heydər Əliyevin
dünyasını dəyişməsinin
12-ci ildönümünə
həsr edilən
anım mərasimi
keçirildi.
Mərasim iştirakçıları
öncə Ümummilli lider
H.Əliyevin adını daşıyan
Mərkəzdəki
abidəsi önünə
əklil və gül dəstələri
qoydular.
Daha sonra
tədbir iştirakçıları
bu parlaq şəxsiyyətin
xatirəsini 1 dəqiqəlik
sükutla yad etdilər.
“Heydər Əliyev ucalığı”
adlı tədbiri
“Yeni Yurd”
Sosial İnkişaf
ictimai birliyinin sədri
Mahirə Əsədova açdı.
O, Heydər Əliyev
şəxsiyyəti haqqında
tədbir iştirakçılarına
ətraflı məlumat verdi.
Azərbaycan Milli
Elmlər Akademiyası
Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
filologiya üzrə
elmlər doktoru,
professor
Asif Rüstəmli,
Abşeron rayon
Mədəniyyət və Turizm
İdarəsinin müdiri
İlham Manafov
Azərbaycana
ikinci dəfə
qayıdışından sonra
Heydər Əliyevin
həyata keçirdiyi
uğurlu layihələrdən
danışdılar.
“Yeni Yurd” ictimai
birliyinin sədri
Mahirə xanım Əsədovanın
maliyyə dəstəyilə hazırlanan
“Mən, Azərbaycanlıyam!”
sənədli filmi
nümayiş olundu.
Abşeron rayon
Mədəniyyət və Turizm
İdarəsinin kollektivi
“Heydər Əliyev ucalığı”
adlı kompozisiya ilə
çıxış etdi.
Şamil Sabiroğlu.
Fotolar:
İlkin Məmmədzadəyə
məxsusdur.
Bakı, 09.XII.2015.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.