Mədəniyyət və Turizm Nazirliyinin da dəstəyi ilə təşkil edilən mərasimə 16 ölkədən 30 sənətçi və
250 ədəbiyyatçı, şair, yazıçı, heykəltaraş və digər sənətkarlar qatılıblar.
Üç gün davam edən mərasimdə Azərbaycanı şairə Dilbər Sultan, Fərqanə Mehdiyeva, Raifə Serxanqızı, şair Vaqif Nəcəfzadə, Aqil Məmmədov və başqaları təmsil ediblər.
Mərasimdə çıxış edən şairə Dilbər Sultan Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O bildirib ki, ermənilər hələ də torpaqlarımızı işğal altında saxlayırlar. Və bu işğalın nəticəsidir ki, ana-bacılarımız, günahsız insanlarımız qətlə yetirilib, hüquqlarımız pozulub. Dilbər Sultan onu da qeyd edib ki, ermənilər Xocalı faciəsini törətməklə cinayətkar xalq olduqlarını bütün dünyaya sərgilədilər.
Daha sonra şairə D.Sultan "Türkiyəmlə Azərbaycan" adlı şerini səsləndirib.
AVRASYA İncəsənət Mədəniyyət və Ədəbiyyat Dərnəyinin (ASKED) təşkil etdiyi 'Beynəlxalq Avrasiya Şairləri və sənətçilərin görüşü' adlı mərasimdə Dilbər Sultan ASKED-in üzvü seçilib.
Xatırladaq ki, mərasim çərçivəsində "Türk Dünyası" mövzulu panel təşkil edilib. Prof. Ramazan Dəmiri rəhbərlik etdiyi paneldə ədəbiyyatın dünəni və bu günü, Türk dünyası ölkələrindəki çətinliklər dilə gətirilib. Prof. Ramazan Demir, "Türk Dünyasında hədəf; tək səs olmalı. Birlik, bərabərlik ancaq mədəniyyət, dil, əlifba birliyi ilə reallaşa bilər. Mədəniyyət birliyi əhəmiyyətlidir. Sənətçi, şair və elm insanlarının təsirli ola bilməsi üçün güc birliyinin önəmli olduğunu diqqətə çatdırdı".
ASKED Başçısı Savaş Ünal, sənət adamları ilə 7-ci böyük görüşün Antaliyada reallaşmasının əhəmiyyətindən söz açıb.
O bildirib ki, üç gün davam edən tədbirdə sənətçilər adına çox əhəmiyyətli ismarıclar verilib.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.