Zim.Az bildirir ki, mahnının ifaçısı İlahə Mələk, rejissoru isə İncəsənət Gimnaziyasının müəllimi Elgün Seyidzadədir.
Bu mahnı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kompaniyası çərçivəsində "Qafqazmedia" İctimai Birliyinin 5-ci layihəsidir.
Klipdə Xalq şairi mərhum Zəlimxan Yaqubun "QƏLƏBƏ" şerinin bir bəndi İncəsənət Gimnaziyasının müəllimi Əlhüseyin Rəsulovun ifasında səsləndirilmişdir.
Klipdə əsgər rolunu İncəsənət Gimnaziyasının müəllimi Rinat Alışanov ifa edib.
Təqdimatda əməkdar artist,
tanınmış bəstəkar-müğənni
Elza Seyidcahan,
bəstəkarlardan
İmruzə Hüseynova,
Arif Səlimov klipə,
bəstəyə, sözlərə və ifaya
yüksək qiymət verdilər.
Tədbirdə Xocalı şəhid ailələri adından Şəhid Şöhrət Həsənovun həyat yoldaşı Mehriban Əliyevanın çıxışından tədbir iştirakçıları böyük qürur duydular.
Sonra şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Turan İA-nin rəhbəri Gullər Amin, Trend.az-in muxbiri Cani Babayeva, Butov.az–in muxbiri Nuranə, təşkilatçi Kamran Nur, şairə Ayna Huseynli, zia.az saytinin rəhbəri Zumrud Guləli qızı və b. çixiş edərək yaradici heyyətə ugurlar arzuladilar.
Sonda klipin yaradıcı heyəti tədbirdə iştirak edən həmkarlara və dostlara təşəkkür etdilər.
Biz də klipin bütün yaradıcı heyətini ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.