Yanvarın 11-də BMM-də (Beynəlxalq Metbuat Mərkəzi) Respublikanin Xalq artisti Gülyanaq Məmmədova və gənc İstedadlı muğam ifacısı Nurlan Azəroğlunun " Küskün Mələyim" adlı klipinin təqdimati kecirildi.
Konfransda Gülyanaq gənc muğənni Nurlan Azəroğluna dəstək olaraq bir yerdə duet ifa etmişdilər. Onların birlkdə olan bu dueti mohtəşəm alınmışdir. "Küskün Mələyim" adlı klpdə bir ailənin dramatik həyatından bəhs edilir. Burda kisi (Arif Abbas) öz kecmiş evinə gəlir, yeni rəhməte getmiş həyat yoldaşı ilə olan xatirələri göz önünə gətirərək onun paltarlarini qoxlayir, cox məyyus olur, təkliyə dözməyir və küskün halda evi tərk edir.
Nurlan 2008-ci ildə muğam müsabiqəsinin lauriatı olmuşdu. Görkəmli sənətkarlardan Zakir Əliyev, Biniyami Cəfərov və Mənsum İbrahimovdan dərs almışdı.
Onu da qeyd edim ki,gənc muğam ifacısı Kəlbəcər musiqi məktəbinin və İncəsənət universitetinin məzunu olmuşdur. 2012-ci ildə Moskva şəhərində kecirilən ulu öndərimiz H. Əliyevin doğum gününə həsr olunmuş konsertdə cixişları olub. Nurlan Azəroğlu və Gülyanaq Məmədova Universitetdə dilom isi olaraq Cəfər Cabbarlının "Sitarə" tamasasından olan operasında duet olaraq bir səhnəni paylashmışdilar. Klip Resublikanın gozəl səfalı yerlərindən sayıılan Lahıcda çəkilmisdir.
Xatirladaq ki, "Küskün Mələyim" adlı klipin rejissoru, artıq şou-biznesdə öz sözünü demiş tanınmış klipmeyker -bir cox kliplərin rejssoru Natiq Novruzovdur.
Rejissorun dediyinə gorə onlar oz rollarini cox məharətlə yerine yetirmis və hec bir kaprizləri olmadan klip ərsəyə gelmisdir.
Gulyanaq xanım onu da qeyd etdi ki, "nə olsun men xalq artistiyəm ,mənim də vaxti ilə əlimdən tutub səhnəyə gətirən olub.Ona gorə mən Nurlanın istedadını gorub ona dəstək oldum. "Hətta bacısı Gülyaz Memmedova da bu təqdimat iştirak edərək söylədi ki,məni təqdimata dəvət etməsələr belə bildim və özüm məmuniyyetlə gelib istirak etdim.
Sonda müğənni Zakir Əliyev də tələbəsi Nurlan Azəroğlu haqqinda öz müsbət fikirlərini bildirdi.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.